15 Aprel 2022 15:46
31815
Turizm
A- A+
Suqovuşanda turizmin inkişafı ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa təsir göstərəcək

Suqovuşanda turizmin inkişafı ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa təsir göstərəcək

Dövlət Turizm Agentliyi tərəfindən Suqovuşan qəsəbəsinin turizm resursları əsas götürülməklə, mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılmasını və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Sözügedən konsepsiya sənədində Suqovuşan qəsəbəsində əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud olan turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapır. Bundan əlavə, qəsəbə icmasının yenidən məskunlaşması fonunda turizm biznesinin yaradılması, ərazidə yerli turizm sənayesinin formalaşması, tarixi mərkəzin bərpası və qonaq evlərinin tikilməsi, yerli sakinlər və qonaqlar üçün sahilyanı zolağın salınması, eləcə də ərazidə aktiv turizm fəaliyyətləri üçün infrastrukturun yaradılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.

“Suqovuşan kəndində turizm inkişaf konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlqoyma tədbiri həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tədbirdə iştirak etmiş, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən kompleksin layihəsi barədə məlumatlar ölkə rəhbərliyinə təqdim edilmişdir. Suqovuşan turizm potensialının geniş olması onun ətrafında mövcud olan yaşayış məntəqələrinin əhalisinin qısa məsafədə yerləşən destinasiyalara səyahət etmələrinə üstünlük verilməsi ilə bağlıdır. Bununla yanaşı, araşdırmalarda müəyyən edilmişdir ki, ətraf bölgədə məskunlaşan 400 mindən çox insan turist səfərləri həyata keçirir. Onların da 30 faizə yaxını istirahət və əyləncə məqsədilə səyahət edir və ortalama 1-3 gün müddətində vaxt sərf edir. İlkin mərhələdə Suqovuşana turist axınının qonşu regionlarda yaşayan əhali hesabına olacağı gözlənilir”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Suqovuşanda turizm və ictimai-iaşə xidmətlərinin inkişafı əhalinin ehtiyaclarına uyğun xidmət sferasının yaradılması və inkişafına təkan verəcək. Bu isə öz növbəsində regionda turizmyönümlü sahibkarlıq subyektlərinin sayının artması, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradacaq: “Təsadüfi deyildir ki, 2040-cı ilə qədər Tərtər rayonunun gəlirlərinin 4 faizinin turizm gəlirləri hesabına formalaşacağı proqnoz olunur ki, bunun da əsas hissəsi Suqovuşanın payına düşür. Gəncə istiqamətindən yerli turistlərin Suqovuşana səfərləri davamlı olaraq gözlənilir. Gəncənin ölkədə ikinci böyük şəhər olması və Suqovuşana yaxın ərazidə yerləşməsi yerli turistlər tərəfindən səfərlərin həyata keçirilməsinə səbəb olacaq. Bundan əlavə, Gəncə və ətraf zonalar üçün Suqovuşan yeni və kəşf olunmamış rekreasiya zonası kimi çıxış edəcək. Əlavə olaraq, Suqovuşandan Naftalana səfər edən yerli və xarici turistlər üçün əlavə bir günlük rekreasiya imkanları təqdim edə bilər. Naftalandan Suqovuşana xarici turistlərin səfərləri gözlənilir”.

Vurğulanıb ki, bununla yanaşı, Suqovuşanda turizmin inkişafının ətraf bölgələrin iqtisadi inkişafına birbaşa müsbət təsiri olacağı proqnozlaşdırılır. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına, əhalinin turizmdən gəlir əldə etməsinə müsbət təsiri olacaqdır. Naftalan–Talış–Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalan turistlərinin Suqovuşana səfərinin optimallaşdırılması ilə yanaşı, Gəncə şəhərindən qısa müddət ərzində turist səfərlərinin təşkilini mümkün edəcəkdir. Yeni yolun istismara verilməsi Suqovuşanla yanaşı, ona yaxın olan ərazilərin inkişafına təkan verəcək, ərazinin “əlçatan turizm destinasiyasına” çevrilməsinə imkanları artıracaqdır. Belə ki, Qərb istiqamətindən səfər edən yerli və xarici turistlər üçün Naftalan-Suqovuşan yolu və Bakı istiqamətindən hərəkət edən turistlər üçün Bakı–Tərtər–Suqovuşan yolu əlçatanlığın təmin edilməsi üçün mühüm rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!