Sülh gündəliyini İlham Əliyev təşviq edir
Bütün istiqamətlərdə təşəbbüs Azərbaycanın əlindədir
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə hazırlıq prosesi gedir. Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin tərkibi də müəyyənləşib.
Yəni Azərbaycan danışıqlar prosesinə hazırdır. Lakin Ermənistandan hələ ki, səs çıxmır. Çox güman ki, Nikol Paşinyan buna səbəb kimi müxalifətin İrəvanda keçirdiyi mitinqləri bəhanə gətirib vaxt uzatmağa can atır. Eyni zamanda Paşinyana bəllidir ki, bu sazişi imzalamayacağı təqdirdə Ermənistanı nə gözləyir.
Rəsmi Bakı qərarında israrlıdır
Qalib Komandan kimi İlham Əliyev son sözünü həm Dünya Azərbayanlılarının V Qurultayında, həm "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq forumda bir daha bəyan edib.
İlham Əliyev Ermənistana sonuncu şans verərək vurğulayıb ki, Azərbaycan irəli sürdüyü beş prinsip əsasında danışıqları aparmaq fikrindən daşınmır.
Prezident bu fikri söyləməklə verilən qərarın dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi və bunu İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə ünvanladı. Həmçinin qətiyyətli şəkildə vurğuladı ki, məğlub ölkə beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bununla da Azərbaycan Ermənistana qarşı atacağı addımları rəsmi şəkildə elan etmiş oldu.
Bakıda 23 ölkənin 40-dan çox beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə reallaşan "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusundakı beynəlxalq forumda Böyük Britaniyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts maraqlı fikir səsləndirdi: "Sülhə nail olmaq bir çox hallarda müharibəni udmaq qədər çətin, bir çox hallarda isə ondan daha da mürəkkəb məsələdir".
Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəliyinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana indidən göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq.
İrəvanda ya sülh sazişini imzalayaraq dövləti və illərdir sosial-iqtisadi böhran şəraitində çabalayan xalqını bataqlıqdan qurtaracaq, ya da imtina edərək ölkəni daha acınacaqlı duruma, məhvə sürükləyəcək.
Çünki Ermənistana yaxşı bəllidir ki, İlham Əliyev sözünə, vədinə sadiq lider kimi, verdiyi qərarlarda da hər zaman qətiyyət nümayiş etdirib. Sözü imzası qədər keçərli olan Müzəffər Ali Baş Komandan necə ki, sülh sazişi üçün irəli sürdüyü 5 prinsipin əsasında danışıqların aparılmasında qətiyyətlidir, eyni zamanda sazişin imzalanmayacağı təqdirdə Ermənistanın müstəqilliyinin tanınmayacağında israrlı olacaq. Çünki İlham Əliyevin Şuşadakı bəyanatında məğlub ölkəyə ünvanlanan sonuncu mesajı bunu deməyə əsas yaradır: "Əgər Ermənistan təklif edilən 5 prinsip əsasında müzakirələrin keçirilməsini qəbul etməsə, onda Ermənistanın müstəqilliyini tanımadığımızı rəsmən elan edəcəyik. Ermənistan bunun nələrə gətirib çıxaracağını yaxşı başa düşməlidir. Bu, bəlkə də, Ermənistanın son şansıdır!"
Qazaxın 7 kəndi və Kərkinin qaytarılması da delimitasiya prosesinin tələbinə uyğun aparılacaq
Xarici işlər naziri Ceyhun Bayramov bir daha məsələyə toxunaraq Azərbaycanın mövqeyini açıq şəkildə bəyan edib. Nazir deyib ki, Azərbaycan hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildirib.
Ceyhun Bayramov son günlər Ermənistanın sülh danışıqları prosesinə Azərbaycanın təklif etdiyi 5 prinsipə qarşılıq əlavə 6 təklif irəli sürməsinə də münasibət bildirib: "Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi".
Xarici işlər nazirinin müavini Xələf Xələfov da məsələyə münasibət bildirərək deyib ki, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması da delimitasiya prosesinin tələbinə uyğun aparılacaq. Onun sözlərinə görə, Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir və ölkəmizin tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq.
Beynəlxalq təşkilatlar da Azərbaycanla hesablaşırlar
Göründüyü kimi, Azərbaycan sülh danışıqlarına hərtərəfli şəkildə hazır olduğunu bəyan edir. Buna hətta beynəlxalq təşkilatlar da aydın şəkildə şahidlik edirlər.
Mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən ikinci görüşdə də bir daha ölkəmizin mövqeyinin dəyişməz olaraq qaldığı bildirilib.
Beləliklə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərdə əldə olunan razılıqlar, götürülən öhdəliklər reallaşacağı təqdirdə sülh sazişinin tezliklə imzalanmasını gözləmək olar. Çünki Şarl Mişelin ümidverici bəyanatı da göstərdi ki, beynəlxalq təşkilatlar regionda sülhün daha tez bir zamanda bərqərar olunmasının tərəfdarıdırlar.
Beynəlxalq təşkilatlara da bəllidir ki, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması, bölgənin tərəqqisi, təhlükəsizliyi münasibətlərin normallaşdırılmasından keçir. Ermənistanın sülh sazişi bağlamayacağı təqdirdə baş verə biləcək olaylar hər kəsə bəllidir.
İlham Əliyevin söylədiyi kimi, əgər sülh müqaviləsi imzalanarsa və təməl prinsipləri həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın nümayiş etdirdiyi və elan etdiyi addımlar Qafqazda sülhə töhfə vermək üçün qətiyyətli iradənin bariz nümunəsidir: "Biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".
Prezident həmçinin qeyd edib ki, bu prosesdə Avropa İttifaqı ədalətli vasitəçi ola bilər. Müharibədən sonra baş verənlər bunu açıq nümayiş etdirir. Çünki ortalıqda olan boşluq bu gün müəyyən dərəcədə Avropa İttifaqı tərəfindən doldurulur.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Aİ Azərbaycan ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına çalışır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regionda sülhün bərpa olunması üçün təşəbbüs göstərir.
Səfir həmçinin Aİ-nin minatəmizləmə sahəsində də Azərbaycana dəstək göstərdiyini vurğulayaraq deyib ki, qurum bu sahədə dəstək çərçivəsində 1,5 milyon avroluq layihə həyata keçirir. Bu layihəyə ictimaiyyətin minalar barədə məlumatlandırılması və maliyyə dəstəyinin göstərilməsi daxildir.
Son proseslər onu deməyə əsas verir ki, Ermənistanın sülh sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur. Rəsmi İrəvan Azərbaycan Prezidentinin 5 prinsipi əsasında təklif edilən sülh sazişinə imza atacağı təqdirdə bütün istiqamətlərdə ən çox qazanan tərəf olacaq. Yəni sülh sazişinin imzalanıb-imzalanmayacağı ilə bağlı verilən hər hansısa qərar Ermənistanın taleyini həll edəcək.
Ərazi bütövlüyünü təmin edən qalib Azərbaycan sazişin imzalanmasına hazırdır və danışıqların aparılması üçün Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyir.
Hər şey açıq şəkildə ortadadır. İlham Əliyev konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır...
30 May
Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub
30 May
“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub
30 May
Səməd Seyidov: Azərbaycanın göstərdiyi bütün səylər regionda təhlükəsizliyin təmin olunmasına yönəli...
30 May
“Buta Airways” aviaşirkəti Tacikistanın paytaxtına ilk uçuşunu həyata keçirib
30 May
Şəhidlərin xatirəsinə ehtiram
30 May
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev seçkiqabağı proqramını açıqlayıb
30 May
İsrail Prezidenti İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib...
30 May
Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar...
30 May
Ukraynaya hərbçilərin 79 cəsədi təhvil verilib
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!