16 Aprel 2024 09:05
668
Mədəniyyət
A- A+
Sənətin qüdrəti

Sənətin qüdrəti

 

Dünya memarlıq xəzinəsinə misilsiz töhfələr vermiş görkəmli sənətkar Mikayıl Ələsgər oğlu Hüseynov (bəzi mənbələrdə Useynov) mənalı bir ömür yaşamışdı. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor idi. 
Əməkdar incəsənət xadimi və SSRİ-nin xalq arxitektoru fəxri adlarına layiq görülmüşdü. SSRİ Dövlət mükafatı laureatı və dəfələrlə SSRİ Nazirlər Sovetinin təltiflərini almışdı. Memarın sinəsini üç Lenin və iki "Qırmızı bayraq" ordeni, çoxlu medallar bəzəyirdi. Yaşadığı dövrün meyarları ilə bunlar çox yüksək adlar və mükafatlar idi. 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdü. Mübaliğəsiz demək olar ki, Mikayıl Hüseynov bu adı da fədakar yaradıcı əməyi, gərgin zəhməti, əməksevərliyi ilə qazanmışdı.
Bakının küçələrini gəzərkən neçə-neçə möhtəşəm tikilini yaradan müəllifin istedadının, zövqünün, əməyinin, ağlının izlərini aydın görürük. Bu binalar 1905-ci ilin aprelində, bir bahar günündə Bakıda dünyaya göz açmış və 90 ilə yaxın yaşamış memar Mikayıl Hüseynovun həm də yaradıcı irsinin nişanələridir. 
Hüseynqulu xanın nəslindən olan bu memar, həqiqətən, zəngin ənənələrə malik bir ailədə böyümüşdü. Atası Ələsgər neftçi olmuşdu, yüksək daxili mədəniyyətə malik, qəlbən, ruhən ziyalı bir insan idi. Bu zadəgan nəslinin nümayəndəsi inqilabi təlatümlərə və əmlakını mənimsəmiş qohumlarının satqınlığına dözməyərək 1920-ci ildə vəfat etmiş və həyat yoldaşı Fatiməni üç uşaqla tək qoymuşdu. Mülklərini və gəmilərini yeni hakimiyyət mənimsəmişdi. Ona görə də ailə yalnız öz gücünə arxalanıb yaşamalı idi. Mikayıla gələcək sənəti ilə bağlı sanki Tanrı vergisi verilmişdi. O, ətraf aləmi dərk etməyə başlayandan rəsm çəkir, kağız üzərində müxtəlif bədii formalar yaradırdı. 15 yaşı olanda o artıq çertyojçu kimi işləyib pul qazanırdı. 
1920-ci ildə asanlıqla İncəsənət Məktəbinə, sonra isə Azərbaycan Politexnik İnstitutunun təzəcə açılmış Memarlıq fakültəsinə daxil olmuşdur. Xoşbəxtlikdən məktəb yoldaşı Sadıq Dadaşovun da bu sənətə meyli vardı. Azərbaycan memarlığının banilərindən olan akademik Sadıq Dadaşov M.Hüseynovdan dörd gün əvvəl dünyaya gəlmişdi. Seçimlərinin eyniliyi həmyaşıd olan bu gəncləri ömürlük birləşdirmiş, onlar sədaqətli dost və həmkar olmuşdular. Hətta ilk dövrlərdə eyni əsəri birlikdə işləmişdilər. Sonra onların qohumluq əlaqələri də yaranmışdı. Sadıq Mikayılın bacısı Leyla ilə ailə həyatı qurmuşdur. Lakin çox təəssüf ki, Sadıqın həyat yolu tez qırılmışdır. O, 1946-cı ildə dünyasını dəyişmişdir. Mikayıl isə sənət yolları ilə irəliləyərək yüksəkliklərə çatmış, zirvə dalınca zirvə fəth etmişdir.
Hələ gənc yaşlarında Sadıq və Mikayıl Şirvanşahlar sarayının dəqiq ölçülərini apararaq kompleksin aydın, görümlü, müasir şəklini yaradırlar. Eyni zamanda dahi Nizaminin abidəsi layihəsinin müsabiqəsində iştirak edib birlikdə mükafata layiq görülürlər.
Bakıda Hökumət Evinin layihəsi ilə bağlı müsabiqə hər iki memarın yaradıcılığında xüsusi mərhələ olur. Burada bir sıra görkəmli memarlar da iştirak edir. İki gənc layihədə qarşıya qoyulan əsas məqsədi parlaqlığı ilə açıb gözəl bir memarlıq əsərinin layihəsini yarada bilirlər. Burada memarlığın milli xüsusiyyətləri ilə müasir dövr həmahənglik təşkil edirdi. Lakin məlum səbəblərdən həmin layihə təsdiqlənmir. O zaman münsiflər heyəti Moskvada otururdu. Onlar müsabiqədən sonra qərara gəlirlər ki, birinci yer Lev Rudnevə verilsin.
Mikayıl Hüseynovun Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması əsasən 1930-cu illərə təsadüf edir. Bu dövrdə memar Bakının müxtəlif rayonlarında tikilmiş bir sıra binaların layihələrini verir və saysız-hesabsız memarlıq əsərlərinin müəllifinə çevrilir. M.Hüseynov 250 layihədən az qala 200 bina tikmişdi. Bunların da hamısı həyatda özünü doğrultmuşdu. Bu, misilsiz bir məhsuldarlıq idi. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, "Nizami" kinoteatrı, M.F.Axundzadə adına Mərkəzi Kitabxana, bir sıra mehmanxanalar, Elmlər Akademiyasının kompleks şəhərciyi Mikayıl Hüseynovun onilliklər boyu gördüyü işlərin yalnız bir qismidir.
1985-ci ilin yazında Londonda İngiltərə Memarları Kral İnstitutunun təşkil etdiyi "Bakının memarlığı" sərgisində böyük sənətkarın Azərbaycanın paytaxtının müasir görkəminin formalaşmasında və yeni memarlıq məktəbinin yaranmasında xüsusi rolu qeyd edilmişdir. Bu sərgidən sonra İngiltərə memarlarının xahişi ilə Bakının keçmiş "Xalqlar dostluğu sarayı"nın maketi Londonda saxlanılmışdır. 1992-ci ilin iyun ayında görkəmli memar Mikayıl Hüseynov Beynəlxalq Memarlar Akademiyasına (BMA) fəxri üzv seçilir. 
Mikayıl Hüseynov həm də tədqiqatçı-alim idi. O, memarlıq sənətinin tədqiqi, bu elm sahəsinin inkişafı üçün çox işlər görüb. Azərbaycan memarlığının dünya mədəniyyətindəki yerini və rolunu müəyyən edib. Ustad sənətkar uzun illər Azərbaycan memarlarının yaradıcılıq ittifaqına rəhbərlik edib. Azərbaycan SSR Elmlər Akademiyası Arxitektura və İncəsənət İnstitutunun direktoru olduğu dövrdə onun rəhbərliyi altında bu sahənin neçə-neçə mütəxəssisi püxtələşib. Saysız-hesabsız fəxri fərman almış M.Hüseynov həmçinin iki çağırış SSRİ Ali Sovetinə, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Bir faktı da qeyd edək ki, keçmiş SSRİ-də memarlıq siyasətin əsirinə çevrilmişdi. Ona görə 40-cı illərdə Hüseynov formalizmə, 60-cı illərdə bər-bəzəyə, 70-ci illərdə isə yenə də milli ənənələrdən geri çəkilməyə görə tənqid olunmuşdur. O isə heç bir irada və tənqidə fikir vermədən tikməkdə davam etmişdi. Bu illərdə memar tərəfindən bir-birinin ardınca yeni şedevrlər yaradılmışdır. Həmin dövr bitdikdən sonra M.Hüseynov yenidən tənqidə məruz qalmışdır. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxarmışdır. Elmlər Akademiyasının binası qülləsiz, dekorsuz, karnizlərsiz, gerbsiz qalmışdır. Ustad çaşqınlıq içərisində vurnuxmuş və o, 7 il heç nə tikməmişdir, yalnız abidələr yaratmışdır: S.Vurğun, M.Füzuli, Rudəki, Lenin, K.Marks və sairə. Daha sonra o, bir-birinin ardınca təmtəraqlı mehmanxanaların layihələrini verir. 1963-cü ildə "Azərbaycan", 1965-ci ildə "Abşeron", 1967-ci ildə "Moskva" və sairə. 
Mikayıl Hüseynov 1985-ci ildə İngiltərə Kraliçası II Yelizavetanın himayəsi altında Böyük Britaniya və İrlandiya Kral Asiya İcmasının fəxri üzvü seçilmişdir.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə M.Hüseynovun 110 illik yubileyi keçirilmişdir. Dövlətimizin başçısı 2022-ci ilin 8 oktyabrında Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında sərəncam imzalamışdır. 
Görkəmli alim, akademik M.Hüseynov memarlığımızın və incəsənətimizin inkişaf yollarını qəlbində yanan məşəlin nuru ilə işıqlandırmışdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!