17 May 2023 21:34
535
PARLAMENT
A- A+

Senator: Parlamentlərarası əlaqələr İtaliya-Azərbaycan münasibətlərinin mühüm istiqamətini təşkil edir

 

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatda Avropa İttifaqı siyasəti Komissiyasının katibi senator Marko Skurrianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib. Münasibətlərin dərinləşməsində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin mühüm rolu diqqətə çatdırılıb. Vurğulanıb ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Parlamentlərimiz arasında əməkdaşlığın inkişafından danışan Milli Məclisin sədri hazırda hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq etdiyini bildirib.

İtaliya nümayəndə heyəti, həmçinin hazırda regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə də məlumat verib.

Həmçinin Ermənistanın bölgədə baş verən proseslərlə bağlı həqiqətdən uzaq məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışdığı, bu cür yalan məlumatların ifşa olunmasında italiyalı parlamentarilərin də beynəlxalq parlament təşkilatlarında fəaliyyətinin önəmi qeyd edilib.

İtaliya parlament nümayəndə heyətinin üzvü Ettore Rosatonun Vətən müharibəsindən dərhal sonra Azərbaycana, Ağdama səfər etməsi məmnunluqla xatırlanıb. Qeyd olunub ki, onlar Ağdamda gördüklərindən dəhşətə gəliblər.

Marko Skurria ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, münasibətlərin hazırkı yüksək səviyyəsindən razı qaldıqlarını bildirib. Senator parlamentlərarası əlaqələrin ölkələrimizin münasibətlərinin mühüm bir istiqamətini təşkil etdiyini, bu sahədə uğurlu nəticələr əldə edildiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video