Səmərəli və qənaətlə
Yaranmış su qıtlığından yalnız bu yolla xilas olmaq mümkündür
"Ocağımız yanar, sularımız axar olsun" diləyi ulularımızın dilindən heç vaxt əskik olmayıb. Bəzən bu sözlərin dərinliyinə varmamışıq, hətta onların gəlişi gözəl olduğu üçün deyildiyini düşünmüşük. Lakin od kimi su da həyat üçün həmişə vacib olub. Həlli son dərəcə zəruri olan, ölüm-dirim məsələsini həll edən nədənsə danışanda onun nə qədər gərəkliyini "hava və su kimi" deyərək bildiririk.
"Bu su haqqı" andı da dilimizə böyüklərimizdən keçib. Nənəmiz suya: "Səndən gözəl nemət varmı?" söyləyəndə təəccüblənərdik. Uşaq idik, fikirləşərdik ki, gözəl nemətin dadı-tamı olmazmı, sudur da... Nənəmiz isə suya şükür etməkdə, dualar oxumaqda idi. Təəssüf ki, bütün bunların hikmətini gec dərk etdik.
Bu gün zaman qarşımızda həmin məsələni kəskin şəkildə qoyub. Bütün dünyada su ehtiyatlarının qorunması ən önəmli problemlərdən biri kimi gündəmdədir. Məsələ bilavasitə bizə - ölkəmizə də aiddir. Bu səbəbdən də Prezident İlham Əliyev su ehtiyatlarından planlı, optimal və səmərəli şəkildə istifadənin təmin edilməsini və su təsərrüfatında yaranmış problemlərin həllini hökumət qarşısında ən ciddi vəzifələrdən biri kimi qoyub. Belə ki, iqlim dəyişir, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatları azalır. Digər tərəfdən, əhalinin sayı artır, ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı inkişaf edir, əkin sahələri, suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilir. Son nəticədə su təhlükəsizliyi məsələsi ən aktual mövzulardan birinə çevrilib.
Cari il martın 17-də Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair Milli Məclis qarşısında hesabatında da bu məsələ önəmli yer alıb.
Xatırladaq ki, hələ 2020-ci il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdi. Həmin müşavirədə qeyd edilmişdi ki, həyata keçirilən infrastruktur layihələri sırasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. "Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı"nın qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bakı şəhərində içməli suyu davamlı şəkildə əhalinin 29 faizi alırdı. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz təşkil edirdi. Bu rəqəmlərin hər birinin dəfələrlə artması isə, əslində, tarixi nailiyyətdir və bu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün edilib. Bu baxımdan Oğuz-Qəbələ-Bakı su kəməri xüsusi əhəmiyyət kəsb edir. Kəmər paytaxtımıza böyük həcmdə təmiz içməli su çatdırır. Vurğulayaq ki, su resurslarımızın böyük hissəsi ölkədən kənarda formalaşır. Oğuz-Qəbələ-Bakı su kəməri isə sırf yerli mənbə üzərində inşa edilmiş önəmli bir xətdir.
Həmçinin suvarma suyu ilə bağlı genişmiqyaslı işlər görülüb. Su tutumu kifayət qədər böyük - 270 milyon kubmetr olan Taxtakörpü su anbarı tikilib. Buradan eləcə də Ceyranbatan su anbarına qədər yeni beton kanalı inşa edilib. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə, yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Bu su hövzəsi Bakının içməli su ilə təmin edilməsində birmənalı olaraq əhəmiyyətlidir. Eyni zamanda Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb. Təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi həmin torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür.
Bu gün Şəmkirçay su anbarı da su resurslarımızın yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkandan faydalanır, orada əkin sahələri genişləndirilir. Paralel olaraq son illərdə Tovuzçay və cənub zonasında yerləşən Göytəpə su anbarları da inşa edilib.
Dövlət başçısı bütün bunlarla yanaşı, həm də görüləsi işlərin çox olduğunu diqqətə çatdırmışdı. Quraqlığın və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində ciddi problemlər yarandığını bildirmişdi: "Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var... Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi? Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də, bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz".
Qarşıda duran mühüm məsələlərin həlli üçün Prezidentin sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə komissiya da yaradıldı. Bu komissiya su ehtiyatlarından istifadəyə gündəlik rejimdə monitorinq və nəzarəti həyata keçirir. Eyni zamanda yanacaq-enerji balansı ilə yanaşı, ilk dəfə olaraq su təsərrüfatı balansı formalaşdırılıb. Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması üzrə dəyərləndirmələr aparılır. Görülmüş işlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə, azalan su həcmlərinə qənaət artıb. Belə ki, əsas su anbarlarında suyun həcmi bu il yanvarın 1-i tarixinə 12,5 milyard kubmetr təşkil edib. Bu, 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.
Bu fakt və rəqəmlər Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatında da öz əksini tapib. Eyni zamanda bildirilib ki, mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür.
Qeyri-ixtiyari illər əvvəl şahidi olduğumuz olaylar yada düşür. Gələcəkdə aqronom olacaq qiyabiçi tələbə Mehman suya qənaətlə bağlı ətrafdakılarla əsl mücadiləyə çıxmışdı. O zaman bu gəncin yaşadığı rayon mərkəzindəki küçəyə bir neçə su kranı çəkilmişdi və onlardan gecə-gündüz fasiləsiz olaraq su axırdı. Mehman tez-tez kranları bağlayır və qonşulara az qala yalvarırdı ki, istifadə etmədikləri halda suyun boş-boşuna axmasına imkan verməsinlər. Evdə isə o, anası və bacıları ilə mübarizəyə qalxmışdı:" Güllərə, ağaclara bu qədər su lazım deyil axı! Hovuzdan da su aşıb daşır. Bu neməti niyə israf edirsiniz? Haradasa ona təşnə olanlar var. Tarlalara, zəmilərə su lazımdır, su!"
Sözün düzü, o vaxt Mehmanı heç də hamı düzgün başa düşmürdü. Hətta onun psixoloji durumuna şübhə edənlər də vardı...
Bu gün, nəhayət, sözügedən problemə məhz belə bir yanaşma gərəkdir. Suya qənaət etmək çox vacibdir - hava kimi, suyun özü kimi!.. Bütün bunlar Nazirlər Kabinetinin hesabatında ciddiliyi ilə vurğulanıb: "Əsas çağırış sudan maksimum səmərəli və qənaətlə istifadə etməkdir. Bu, bütün su istehlakçılarına aiddir. Su sərvətdir və onu qorumaq hər birimizin borcudur".
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib...
01 Iyun
İraqın şimalında PKK terrorçuları təslim olub
01 Iyun
İlon Mask yenidən dünyanın ən varlı adamı oldu
01 Iyun
Məşhur aktyor məşəl yandırdı – FOTO
01 Iyun
İsveç antiterror qanunlarını sərtləşdirir
01 Iyun
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
01 Iyun
DSX: May ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb
01 Iyun
Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
01 Iyun
BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etd...
01 Iyun
“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - ...
01 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!