25 Aprel 2026 08:55
576
İQTİSADİYYAT
A- A+
"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb


Bununla stansiyanın tikintisi növbəti mərhələyə qədəm qoyub


Cəbrayıl rayonunda inşa edilən "Şəfəq" Çünəş Elektrik Stansiyasında günəş panellərinin quraşdırılmasına başlanmaqla layihə növbəti mərhələyə qədəm qoyub. Bu barədə  layihənin investorları olan BP, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və MVM məlumat verib.

İlk günəş paneli  cari ayın əvvəlində quraşdırılıb və  bu da göstərir ki, layihə üzrə tikinti işləri plana uyğun irəliləyir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov bununla bağlı deyib: "Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpaolunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək".

Xatırladaq ki, keçən ilin iyun ayında təsdiqlənmiş 200 milyon dollar dəyərində "Şəfəq" layihəsi çərçivəsində  işğaldan azad olunmuş Cəbrayıl rayonunda yeni 240 MVt  gücündə günəş-elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Stansiyanın təməli 2024-cü ilin noyabrında COP29-un davam etdiyi günlərdə qoyulub. Layihə 2021-ci ilin iyununda Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.

"Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.

Gözlənilir ki, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların yarıya qədər azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək  və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi də irəliləyir. 2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə bir neçə  əsas müqavilə imzalanıb.

Bunlardan biri Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsidir. Təxminən 43 milyon dollar dəyərində olan bu müqavilə "AzərEnerji"yə verilib. Müqavilənin iş həcminə üç əsas fəaliyyət istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılması. Tikinti və quraşdırma müqaviləsinin dəyəri isə 19 milyon  dollardır. Bu müqavilə "Azfen" MMC-yə verilib. Müqavilə üzrə iş həcmi transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla, Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində terminalda tikinti işləri keçən  ilin avqust ayında başlanıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.

7 milyon funt sterlinq dəyərində olan Mühəndis-layihələndirmə və təchizat müqaviləsi SOCAR KBR-ə verilib. Bu şirkət müqavilə üzrə müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat prosesinin idarə edilməsi xidmətləri göstərir. İş həcminə həmçinin tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir. 

"Şəfəq"in  tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30  faizi   artıq quraşdırılıb.

Qeyd edək ki, "Şəfəq" layihəsi üzrə  SÆSL  -  Shafag (Æebrayil) Solar Limited birgə müəssisəsi yaradılıb. SÆSL şirkətindəki iştirak payları belədir: BP 40,01faiz, SOCAR Green 39,99 faiz, ABİF 10 faiz və MVM 10 faiz.

Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir. Burada işlərin pik dövründə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərdir.

Bəs stansiya nə vaxt hazır olacaq? Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Stansiyanın ildə təxminən 500 QVt/saat bərpaolunan enerji istehsal edəcəyi gözlənilir.


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf edir

21:50
26 Aprel

“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

20:56
26 Aprel

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

20:41
26 Aprel

Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib

19:48
26 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

19:24
26 Aprel

Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır

17:46
26 Aprel

Bu gün IX sinif şagirdləri imtahan veriblər

16:36
26 Aprel

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

16:26
26 Aprel

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

16:23
26 Aprel

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

16:13
26 Aprel

“Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına

15:47
26 Aprel

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

14:30
26 Aprel

“The Times” qəzeti: Hörmüz boğazında 600-dən çox gəmi qalıb

14:27
26 Aprel

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

09:35
26 Aprel

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!