27 İyul 2022 01:06
21096
MSK
A- A+
Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 3/11


 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)   29.6-cı maddəsinin tələblərinə görə seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Komissiyanın yaradılmasının əsas məqsədi seçki dairələrinin Seçki Məcəlləsinin tələblərinə uyğun yaradılmasını təmin etməkdir.

Hazırda Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması həmin komissiyanın da yeni tərkibdə təsdiq edilməsi zərurətini yaratmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır: 

1. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya aşağıdakı tərkibdə yenidən təsdiq edilsin:

 

Komissiyanın sədri

Rövzət Afət oğlu Qasımov    -           Mərkəzi Seçki Komissiyası sədrinin müavini

 

Komissiyanın üzvləri

Ramiz Hilal oğlu İbrahimov   -           Mərkəzi Seçki Komissiyasının üzvü

Qabil Əhməd oğlu Orucov    -           Mərkəzi Seçki Komissiyasının üzvü

Nailə Şahmərdan qızı Əsgərova        - Mərkəzi Seçki Komissiyasının üzvü

Almas Əlisultan qızı Qəhramanlı       - Mərkəzi Seçki Komissiyasının üzvü

İlkin Zaur oğlu Şahbazov       -           Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.  

2. Qısa müddət ərzində komissiyanın tərkibinə daxil olacaq mütəxəssislərin ayrılmasının müvafiq qurumlarla razılaşdırılması təmin edilsin.

3. Bu Qərarın 2-ci hissəsinin icrası Mərkəzi Seçki Komissiyası sədrinin müavininə həvalə edilsin.

4. "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında" Mərkəzi Seçki Komissiyasının 2010-cu il 3 avqust tarixli 16/61 saylı Qərarı ləğv edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

26.07.2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub  

22:23
14 Fevral

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb  

22:03
14 Fevral

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub  

21:57
14 Fevral

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib  

21:42
14 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

21:36
14 Fevral

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

21:21
14 Fevral

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib  

21:09
14 Fevral

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB  

21:02
14 Fevral

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq  

20:47
14 Fevral

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub  

20:38
14 Fevral

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb  

20:31
14 Fevral

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib  

20:22
14 Fevral

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub

20:16
14 Fevral

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB  

20:08
14 Fevral

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya  

19:58
14 Fevral

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:52
14 Fevral

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

19:46
14 Fevral

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

19:42
14 Fevral

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı  

18:43
14 Fevral

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib  

18:41
14 Fevral

681 bələdiyyə tam tərkibdə formalaşıb

17:27
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!