17 May 2023 02:37
371
ELANLAR
A- A+

"Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq, "Səba" ASC-nin Direktorlar Şurasının qərarına əsasən, 30 iyun 2023-cü il tarixdə saat 15:00-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. 
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələnin müzakirəsi daxil edilmişdir:
- "Səba" ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.

Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırılır ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanda tanış olmaq hüququna malikdirlər.
Ümumi Yığıncağın keçiriləcəyi ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1, "Səba"ASC-nin baş ofisi.
Gündəliklə əlaqədar münasibət bildirilməsi üçün əlaqə telefonu: (+994 55) 254-07-27.

İdarə Heyəti
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video