13 Dekabr 2024 09:25
8684
Oxucu məktubları
A- A+
SDU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olmuşlar

SDU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olmuşlar


Kazan Dövlət Energetika Universiteti tərəfindən keçirilən "Bəşəriyyətin qlobal problemləri: insan, təbiət, texnologiya" mövzusunda III Beynəlxalq Esse müsabiqəsinin nəticələri açıqlanıb. 

Müsabiqədə respublikamızı Sumqayıt Dövlət Universitetinin tələbələri təmsil ediblər.

 Müsabiqə ingilis, alman və fransız dillərində üç bölmə üzrə təşkil olunmuş və  61 beynəlxalq universitetdən ümumilikdə  612 iştirakçı qatılmışdır. Gərgin keçən müsabiqədə Sumqayıt Dövlət Universitetinin Filologiya və Mühəndislik fakültələrinin 3 tələbəsi qalib olmuşlar. I dərəcəli diploma  Filologiya fakültəsinin tələbəsi Xumar Rzayeva, II və III dərəcəli diploma Mühəndislik fakültəsinin tələbələri Orxan Əhədzadə və Fuad Tərlanzadə layiq görülmüşlər.

Onu da bildirək ki, tələbələrin layihələri müxtəlif dillərə tərcümə edilərək müsabiqədə iştirakçı universitetlərə göndərilmişdir. 


A.ƏLİYEV,

Sumqayıt şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!