Salyan şəhərinin küçə və səkilərinin əsaslı təmiri işlərinin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir-bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Muqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər. Əlaqələndirici şəxs: Lalayev Mahir İdris oğlu, telefon: 0-21-255-50-23.
İştirak haqqı: 1000 manat
Təşkilat: Salyan Rayon İcra Hakimiyyəti
17 saylı Regional Xəzinədarlıq İdarəsi
Dövlət Xəzinədarlıq Agentliyi
Hesab: AZ41NABZ01360100000000003944
VÖEN:1401555071
Kod: 210005
Fond 7Y
Salyan Rayon İcra Hakimiyyəti
Hesab: AZ36CTRE00000000000002513131
VÖEN: 7000028611
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2. Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
4. İddiaçının (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.
4.1 İddiaçının (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2 İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
4.3 İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Dövlət Vergi Xidməti tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış.
İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2021-ci il saat 12:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanətini isə 25 may 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 26 may 2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası