Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstan parlamentinin nümayəndə heyətini salamlayan Milli Məclisin sədri qarşılıqlı səfərləri xatırladıb. O, Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq münasibətində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.
Azərbaycan parlamentinin sədri bu əlaqələrin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını qeyd edən S.Qafarova ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikasının əlaqələrimizə müsbət təsirindən danışıb. Söhbət zamanı Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla qeyd olunub.
Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri deyib ki, qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətləri beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.
Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafından, o cümlədən Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən də danışılıb.
Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.
Görüşdə Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan S.Qafarova artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında heç bir maneə olmadığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan sülhə hazırdır.
2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan Milli Məclisin sədri vurğulayıb ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhətin onların bu dəfə Azərbaycanın bütün suveren ərazisində keçiriləcəyi olduğunu deyib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.
Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı onların təhlükəsizliyini, regionda sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına müsbət təsir edir. İki ölkə arasında Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən layihələr öz bəhrələrini verməkdədir və onların sırasına yeni layihələr əlavə olunur.
Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O bildirib ki, Gürcüstan tezliklə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.
Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!