Sabit iqtisadiyyat, əlverişli investisiya mühiti
Litvalı iş adamlarını Azərbaycana cəlb edən əsas şərtlərdir
Dünya xəritəsinin hansı nöqtəsində yerləşməsindən asılı olmayaraq, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və anlaşma şəraitində olanda dostluğun, əməkdaşlığın rəmzinə çevrilir. Azərbaycanla Litva arasındakı münasibətlər məhz bu baxımdan ildən-ilə möhkəmlənir, dərinləşir, genişlənir.
Bu həm də ona görə belədir ki, hər iki ölkə keçmiş SSRİ-nin "şinelindən çıxıb". Ona görə də bir-birini qarşılıqlı anlayacağına, dost, qardaş münasibəti sərgiləyəcəklərinə güvənərək müstəqillikdən sonra 1995-ci ildə diplomatik əlaqələrin əsasını qoymuşlar. Ötən 28 ildə Azərbaycan-Litva iqtisadi əməkdaşlığı önəmli dərəcədə inkişaf etmişdir.
Hər iki ölkənin ağır və yüngül sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumlara dövlət başçılarının da dəstək verməsi dövlətlərarası münasibətlərin yüksək göstəricisi deməkdir. Bu, əlverişli biznes və investisiya mühitində sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların qurulmasında özünü aydın göstərir. Rəsmi məlumata görə, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın sürətli inkişafına daha münbit şərait yaradacaq. Çünki "yaşıl" iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində əməkdaşlıq üçün böyük perspektivlər var. Ona görə də hələ əvvəlki illərdə Litvanın iş adamları ölkəmizdə yaradılmış biznes mühitindən yararlanmaq üçün fəal əməkdaşlığa dəvət olundular. Azərbaycanda iqtisadiyyatın sabitliyinin, münbit investisiya şəraitinin və təbii sərvətlərin bol olduğunu görən litvalı iş adamları dəvəti məmnuniyyətlə qəbul etdilər.
Növbəti dəfə Litvaya səfər edən Prezident İlham Əliyev litvalı həmkarı Gitanas Nausedanın da iştirak etdiyi, 80-dək şirkətin təmsil olunduğu Azərbaycan-Litva biznes forumunda fikirlərini belə ifadə etdi: "Litvalı dostlarımıza məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı hazırda, eyni zamanda əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq ki, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək... Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq".
Azərbaycanı və Litvanı birləşdirən nəqliyyat-kommunikasiya xidmətlərinin yaradılması da iki ölkə arasında dostluğa və əməkdaşlığa önəmli təsir göstərən amildir. Biznes-forumda qeyd edildi ki, bu məsələ ilə ciddi məşğul olmağın vaxtıdır. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Vilnüsdə mətbuata bəyanat verən İlham Əliyev Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və gələcəkdə də artacağını vurğulayaraq dolayısı ilə bu fikri təsdiqlədi: "Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq".
Təbii ki, Prezident İlham Əliyevin Litvaya növbəti səfəri Azərbaycanın Avropa məkanında yüksək söz sahibi kimi tanınması və qitədə yerləşən ölkələrlə genişlənən siyasi-iqtisadi əlaqələrdən xəbər verir. Şübhəsiz ki, bu səfər də iki ölkə arasındakı münasibətlərin dərinləşməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün böyük zəmin yaradır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Belçikadakı səfiri XİN-ə və polisə təşəkkür edib
02 Oktyabr
Hitlerin evində Avstriya polisi yerləşəcək
02 Oktyabr
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb
02 Oktyabr
Yeni dəniz canlısı kəşf edilib
02 Oktyabr
Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik...
02 Oktyabr
Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
02 Oktyabr
Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə ç...
02 Oktyabr
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinl...
02 Oktyabr
MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb...
02 Oktyabr
TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən m...
02 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!