03 Avqust 2025 08:20
759
SİYASƏT
A- A+
"Rusiyanın şovinist dairələri ölkələrinin Cənubi Qafqazdakı maraqlarına zərbə vurur"

"Rusiyanın şovinist dairələri ölkələrinin Cənubi Qafqazdakı maraqlarına zərbə vurur"


"Rusiya mətbuatında Azərbaycana qarşı kampaniyanın davam etməsi, eləcə də  Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Xankəndidə Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlamasının ardınca bu hücumların daha da radikallaşması, habelə dövlət xəbər agentliyi olan TASS tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması Azərbaycana qarşı qonşuluq münasibətinə sığmayan addımdır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Mixail Şvıdkoy və Rusiyanın şovnist və artıq faşist xislətinə bürünmüş məlum media orqanları Azərbaycan tərəfini  "abidələrlə müharibədə", rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərində günahlandırırlar: "Lakin Kreml əvvəldən başa düşməli idi ki, Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün  quraşdırılması beynəlxalq hüququn normalarında əks edilən prinsiplərə zidd olmaqla qanunsuz və ölkəmizin suverenliyinə münasibətdə hörmətsizlik idi. Bu mənada yaxşı olardı ki, ən azı sülhməramlılar Azərbaycanı tərk edərkən buraxılmış bu kobud səhvin nəticələrini aradan qaldırardı. İşğaldan azad edilmiş ərazilərimizdə özünün də gözü ilə gördüyü Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və digər mədəniyyət xadimlərimizin abidələrinə qarşı vandallıqlara, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla bağlı susması mədəniyyət siyasətinə məsul şəxs kimi cənab Şvıdkoyun Ayvazovskinin abidəsinin sökülməsinə münasibətdə həssaslığı sadəcə sözün əsl mənasında saxtakarlıqdır. Üstəlik, nə qədər gülünc olsa da, cənab Şvıdkoy məsələni Azərbaycanda Rusiya mədəniyyətinin "ləğv edilməsi" iddiaları ilə şərh etməyə çalışır". 

Deputatın sözlərinə görə, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəb, qəzet və jurnallar mövcud olmadığı disparitet şəraitində bu cür iddialar deməyə əsas verir ki, Bakı şimal qonşumuzun bu reallığı görməməsi fonunda həmin disparitetə düzəlişlər etməlidir. Rusiya tərəfinin bu kimi davranışları sanki rus mədəniyyəti, incəsənəti ədəbiyyatı olmadan Azərbaycanda, bütövlükdə MDB məkanında mədəniyyət mühiti və mənzərəsinin yoxsulluğu ab-havası formalaşdırmağa çalışır.  "Sirr deyil ki, istər çar Rusiyası, istərsə də Sovetlər Birliyi dönəmində şimal qonşumuzun elmi-mədəni mühitinin Azərbaycana və digər ittifaq respublikalarına da bu və ya digər formada təsiri olub. Ötən dövr ərzində ölkəmiz Rusiya ilə mədəni-humanitar sahədə əməkdaşlığa böyük önəm verib. Lakin bütün bunlar heç kimə, o cümlədən heç bir Rusiya rəsmisinə bu ölkənin tədbirləri olmadan Azərbaycan mədəni mühitinin mənzərəsinin yoxsul qalacağı barədə yanlış təsəvvür yaratması üçün əsas ola bilməz. Əksinə, Azərbaycanda bir çox sahələr, o cümlədən elmi, mədəni, incəsənət və ədəbi istiqamətlərin tarixi Rusiya dövlətinin özünün tarixindən daha qədimdir. İndiki məqamda Şvıdkoy və digər Rusiya rəsmiləri bu kimi şovinist, qızışdırıcı və faydasız bəyanatlardan çəkinərək ölkələrimiz arasında müşahidə olunan və hər kəsdən öncə Moskvanın özünün Qafqazda maraqlarına zərbə olan arzuolunmaz situasiyanın dinc yolla aradan qaldırılmasına diqqət yetirməsi yaxşı olar", - deyə o əlavə edib.

B.Məhərrəmov söyləyib ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyətlərindən biri kimi müəyyən edib: "Biz başqa dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağa üstünlük veririk. Prezident İlham Əliyevin böyük uğurla realizə etdiyi və Azərbaycanın hərbi-siyasi zəfərlərini birmənalı şəkildə beynəlxalq müstəvidə möhkəmlədən çoxvektorlu xarici siyasət kursumuz beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir və biz hətta ərazilərimizi 30 il işğalda saxlamış Ermənistanla belə sülhün və əməkdaşlıq mühitinin təşəbbüskarı kimi çıxış edirik. O cümlədən də 200 ildən artıq tarixi, hüquqi, siyasi, mədəni və humanitar əlaqələrə malik olduğumuz Rusiya ilə münasibətlərin hər hansı formada korlanmasında maraqlı deyilik. Lakin hesab edirik ki, Rusiya özü də reallıqları görməli, xüsusən Azərbaycanın hərbi-siyasi qələbələrindən sonra Cənubi Qafqazda maraqlarının təmininin yalnız ölkəmizlə bərabərhüquqlu əməkdaşlıqdan keçdiyini başa düşməli və Bakı ilə Moskva arasında bu günə qədər imzalanan sənədlərə və ən əsası, öz imzasına hörmətlə yanaşaraq davranışlarında beynəlxalq hüququn aliliyini rəhbər tutmalıdır".

Hazırda Azərbaycan və Rusiya arasında münasibətlərin gərgin dövr yaşadığını qeyd edən deputat bu gərginliyin Bakıdan qaynaqlanmadığını və Azərbaycanın ən qısa müddətdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və gərginliyə səbəb olan amillərin aradan qaldırılmasını arzu etdiyini bildirib: "Rusiyanın Azərbaycan Hava yollarına məxsus təyyarəni vurduqdan sonra bu cinayəti ört-basdır etməsi, daha sonra bu ölkədə yaşayan Azərbaycan diasporunun fəallarına qarşı terror siyasəti iki ölkə arasında münasibətlərin normallaşması üçün həllini gözləyən məsələlərdir. Lakin Rusiyada ayrı-ayrı dairələrin məsələlərin həllinə, Rusiya-Azərbaycan münasibətlərinin nizamlanmasına, beləliklə, milli maraqlara xidmət edən bu kimi problemlərə diqqət yönəltməkdənsə, Bakının ünvanına təhdid dolu bəyanatlar səsləndirməsi absurd görünür. Hər kəs əmin ola bilər ki, bu tip şovinist dairələr Azərbaycana deyil, əslində, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına bərpaolunmaz zərər vurmaqdadır. Lakin gördüyünüz kimi, Azərbaycan dövləti, cəmiyyəti və mediamız bu kimi bəyanatlar qarşısında kifayət qədər təmkinli və praqmatik davranmaqda, dövlət maraqlarının bu gün Rusiyada müşahidə olunduğu kimi populist bəyanatlarla yox, ötən dövrün effektiv nümunələrinə əsaslanaraq təmininə inam ifadə edir".

Siyasətçi deyib ki, bütün bunların fonunda dövlət mediası və informasiya agentliyində işğala, separatizmə dəstək verən mövqe bölgədə heç bir formada Moskvanın maraqlarının müdafiəsi kimi təqdim oluna bilməz, əksinə yalnız və yalnız Rusiyanın beynəlxalq hüquqa hörmət etməyən qlobal işğalçı imicini möhkəmləndirir: "Bu mənada istər Rusiya rəsmiləri, istərsə də özünün müstəqil təhlil qabiliyyətini itirmiş tezislərlə hərəkət edən, çirkli  kampaniyaların alətinə çevrilmiş muzdlu rus mediası Azərbaycana uğursuz hücum cəhdlərinin fayda və zərərlərini tərəziyə qoyaraq itkilərin faydalardan çox olacağını anlamalıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!