21 Mart 2023 23:20
500
DÜNYA
A- A+

Rusiya və Çin rəhbərləri danışıqların yekunlarına dair iki sənəd imzalayıblar

 

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Moskvada keçirilən danışıqların yekunlarına dair iki sənəd imzalayıblar.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və bu ölkədə dövlət səfərində olan Çin lideri Si Cinpin arasında Kremldə baş tutan danışıqlar mətbuat konfransı, eləcə də iki ölkə arasında hərtəfəli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət haqqında bəyanat, habelə 2030-cu ilədək Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərinə dair bəyanatın imzlanması ilə başa çatıb.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında V.Putin danışıqları konstruktiv qiymətləndirib, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirmək imkanlarının olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Çinin mövqeləri üst-üstə düşür. V.Putin Ukrayna böhranının həllinə dair Çin planının nizamlama üçün əsas götürülə biləcəyini vurğulayıb.

ÇXR Sədri Si Cinpin rusiyalı həmkarı ilə danışıqların səmimi və dostluq şəraitində keçdiyini, Çin-Rusiya əlaqələrinin müasir dünya düzənində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çinin beynəlxalq münasibətlərin təməl normalarına əməl olunmasına çalışacaqlarını deyib. Si Çinpin ölkəsinin Ukrayna münaqişəsində BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutduğunu, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video