28 Mart 2023 01:02
721
DÜNYA
A- A+
Reallıq, yoxsa növbəti realiti-şou?

Reallıq, yoxsa növbəti realiti-şou?

 

Süni intellekt bu dəfə Donald Trampın həbsi ilə bağlı fotolar hazırladı

 

Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurlaşmış ABŞ-nin sabiq prezidenti Donald Tramp bu günlərdə yenidən dünyanın diqqət mərkəzində yer almağı bacarıb. Keçmiş prezident həbs olunacağını gözlədiyini bildirib və buna görə də tərəfdarlarını nümayişə çağırıb. 
Bunun ardınca internetdə Trampın polis tərəfindən "güc həbsi" ilə bağlı saxta şəkillər peyda olub. Yerli medianın xəbərinə görə, şəbəkədə yayılmış fotomontajlardakı görüntülərin bəziləri süni intellekt vasitəsilə yaradılıb.
Biznesmen və siyasi xadim, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, qumar oyunları və hotel biznesində ixtisaslaşan "Trump Entertainment Resorts" şirkətinin yaradıcısı Donald Tramp 2017 - 2021- ci illərdə ABŞ-nin 45-ci prezidenti olub. 1996-2015-ci illərdə "Dünya gözəli" müsabiqəsinin sahibi olub və bir sıra filmlərdə və televiziya seriallarında epizodik rollarda çəkilib. Donald Tramp icraçı prodüser kimi də özünü sınayıb və on ildən cox bir müddətdə  NBC telekanalında "Namizəd" realiti-şousunda aparıcılıq edib.
Co Baydenin sələfi 2016-cı il seçkilərindən bir müddət əvvəl keçmiş aktrisa Stormi Danielsi "susdurmaqda" şübhəli bilinir. Əsl adı  Stefani Klifford olan qadın iddia edir ki, o, 2006-cı ildə Trampla on ay yaxın münasibətdə olub və bu barədə susduğuna görə ondan xeyli məbləğdə pul alıb. Amerika prezidenti üçün belə bir ittiham tarixi və görünməmiş bir hadisə ola bilər. 

 

Tramp ABŞ-nin cinayət məsuliyyətinə cəlb edilən ilk eks-prezidenti ola bilər

 

Trampın özü Danielslə münasibətdə olduğunu inkar edir, lakin həbs olunacağını gözlədiyini deyib. CNN telekanalının xəbərinə görə, keçmiş prezident tərəfdarlarını nümayişə çağırdıqdan sonra Nyu Yorkun və Vaşinqtonun polis qüvvələri həyəcan təbili çalıb. Belə ki, 2021-ci il yanvarın 6-da Vaşinqtondakı ABŞ Kapitolisində baş vermiş xoşagəlməz hadisələrə bənzər növbəti zorakılıq qorxuları yenidən gündəmə gəlib.
Jurnalist Eliot Higginsin dediyinə əsasən, Tramp süni intellektdən istifadə edərək saxta şəkillər yaradıb və həmin fotoları tviter hesabında yerləşdirib.
ABŞ-nin keçmiş lideri həqiqətən də ötən həftə həbs olunacağından qorxurdu. Bu barədə onun vəkili Co Takopina NBC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu cür qorxuya səbəb Nyu Yorkdakı rayon prokurorluğundan sızmalar olub. Məsələn, məxfi xidmətin əməkdaşlarının Nyu York Polis Departamentinin nümayəndələri ilə eks-prezidentin martın 22-də məhkəməyə gətirilməsinin logistikası ilə bağlı görüşünün olacağı barədə məlumatlar yayılıb.
Ümumiyyətlə, Tacopinanın da qeyd etdiyi kimi, müvəkkilinin həbsi ilə bağlı çoxlu şayiələr olub və Tramp bu sızmalara əsaslanaraq həbsin baş verəcəyini güman edib. Vəkilin dediyinə görə, o, həqiqətən, heç bir şey uydurmayıb və həbs olunmaq istəmir.
Dünyaşöhrətli sahibkar İlon Mask isə proqnozlaşdırıb ki, Donald Trampın ictimaiyyət arasında əlləri qandallı görünməsi onun növbəti prezident seçkilərində qələbəsini təmin edəcək. Cəmiyyətin əhəmiyyətli hissəsinin hazırkı hökumətin keçmiş Amerika liderini əsassız olaraq təqib etdiyinə inandığı bir şəraitdə Trampın tamaşaya məhəbbətlə hazırladığı "Mən məhbusam" televiziya layihəsi istər-istəməz ona böyük siyasi və maliyyə dividendləri gətirəcək. Eyni zamanda bu layihə ikinci müddətə prezidentliyə namizəd olmaq planlarını açıqlayan hazırkı dövlət başçısı Co Baydenin ambisiyalarını boğacaq.
Bununla belə, Tramp "qurbanlıq quzu" rolunu oynamağa meyilli deyil. Əksinə, o, Bayden komandasını ifşa etmək üçün özünə qarşı hücumlardan bəhrələnməkdən həzz alır. Ağ evin nəzarətində olan prokurorların Trampı parlamentə hücumla nəticələnən, Kapitoli yaxınlığında iğtişaşlar təşkil etməkdə təqsirləndirmək və "məxfi" qrifli sənədləri özündə saxladığına görə onu cəzalandırmaq cəhdlərinin uğursuzluğu buna bariz nümunədir. Bu ittihamlar qalmaqallı eks-prezidentin hüquqşünaslar komandası tərəfindən puça çevrilib və onun populyarlığını daha da artırıb.

 

Sabiq prezidentə qarşı ittiham irəli sürüləcəkmi?

 

Trampla münasibəti barədə susduğuna görə 130 min dollar aldığı iddia edilən aktrisaya rüşvət vermək ittihamı ilə Trampı həbsə göndərmək cəhdi, görünür, Bayden ətrafının respublikaçı namizədi seçkidən kənarda saxlamaq üçün son şansıdır. Məhkəmənin Trampın ən yüksək dövlət vəzifəsinə namizədliyini qadağan etmək hüququ var. Hazırlanmış həbs realiti-şousunun bəlkə də ən təhlükəli nəticəsi budur. İşlər planauyğun getmədiyi təqdirdə, Tramp, hər ehtimala qarşı, əvvəlcədən tərəfdarlarından etiraz aksiyalarına çıxmalarını istəyib.
 Ekspertlər, hakimiyyət eks-prezidenti həbsə göndərməyə cəsarət edərsə, hadisələrin belə inkişafını böyük ehtimal edirlər. Heç kim vətəndaş müharibəsinə çağırmasa da, Tramp tərəfdarları  mövcud qanunsuzluğa dözmək istəmirlər. Onlar əmindirlər ki, Ağ evin indiki sahibi nəinki son seçkiləri saxtalaşdırıb, o, həm də açıqlanmayan sosial müqaviləni pozub - məğlub olan rəqibin təqibini davam edib və ölkəni polis dövlətinə çevirib.
Stormi Danielsə ödəniş faktı pozuntu olmasa da, Trampın vəkili 130 min dolları məhkəmə xərcləri kimi sənədləşdirib və bu, artıq maliyyə sənədlərinin saxtalaşdırılması, yəni cinayət  kimi qiymətləndirilə bilər.
Trampa qarşı ittihamların irəli sürülməsi ilə bağlı qərar vermək Manhetten rayonunun prokuroru Elvin Breqqin səlahiyyətindədir. Məhz o, cinayət işinin açılması üçün kifayət qədər əsasların olub-olmadığını öyrənmək məqsədilə xüsusi böyük münsiflər heyətini çağırıb və həbs qərarının verilib-verilməyəcəyini, habelə veriləcəyi təqdirdə bunun hansı tarixdə olacağını ancaq özü bilir.
Trampın vəkilləri bildiriblər ki, eks-prezidentə böyük münsiflər heyəti qarşısına çıxmaq imkanı verilib ki, bu da istintaqın yekunlaşmaq üzrə olduğuna işarə sayıla bilər.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!