29 Sentyabr 2023 10:10
8858
Oxucu məktubları
A- A+

Qusar gündən-günə abadlaşır

 

Dağlar qoynunda yerləşən bizim Qusar təmiz havası, gözəl təbiət mənzərələri, yaşıllıqlara bürünən park və xiyabanları ilə seçilir. Rayon mərkəzində əhalinin istirahəti və normal yaşayışı üçün hər cür şərait yaradılıb.
Qusar həm də turistlərin ən çox üz tutduğu rayondur. Burada hər fəsil müxtəlif yerlərdən gələn qonaqlarla rastlaşmaq mümkündür. "Şahdağ" turizm mərkəzi isə xizək həvəskarları üçün əsl nağıldır. Amma "Şahdağ"ı görmək istəyənlər Qusar şəhərindən keçməli olurlar. Buna görə də şəhərimizin abadlığına daha çox diqqət verilir. İndi Qusarın gecələri də gündüz kimidir. Küçələrimiz  xüsusi lampalarla işıqlandırılır. Köhnə işıq dirəkləri müasir quruluşlu yeniləri ilə əvəzlənib. Bütün bu işlərdə əməyi olan hər kəsə qəzetiniz vasitəsilə minnətdarlığımızı bildiririk.

Dilarə ŞIXVERDİYEVA,
Qusar rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video