27 Fevral 2024 17:09
175
CƏMİYYƏT
A- A+

Qazi: Azərbaycan Ordusu Xocalının qisasını aldı

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qədim Xocalı şəhərində bəşəriyyətin görmədiyi, şahid olmadığı üsullarla qətliam törətdi. Həmin gecə yüzlərlə soydaşımız, ağbirçək analarımız, qocalarımız, körpələrimiz ermənilərin vandallığına, vəhşiliyinə məruz qaldılar. Hadisənin üzərindən 32 il vaxt keçsə də, Xocalı faciəsinə beynəlxalq təşkilatlar, xarici dövlətlər tərəfindən layiqli qiymət verilməyib. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin, həm də ötən il keçirilən 24 saatlıq lokal antiterror tədbirlərində qazandığı Qələbənin son nəticəsi olaraq bizim üçün qeyrət simvolu olan Xocalı şəhərində Azərbaycan bayrağı ucaldıldı. Azərbaycan Ordusu Xocalının qisasını aldı.

Bunu AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət edən "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev deyib.

O fikirlərinə belə davam edib: "Xocalı hadisələri zamanı iki yaşım var idi. Təbii ki, qətliam zamanı qaçıb canını qurtara bilən Xocalı sakinlərinin bir qismi Kətik meşəsindən keçərək doğulduğum Ağdamın Abdal-Gülablı kəndinə, digər hissəsi isə Şelli kəndinə gəlib çıxmışdılar. Valideynlərim deyirdilər ki, Ağdama pənah gətirən xocalılar evlərini qəfil tərk etmək məcburiyyətində olduqlarından ayaqları yalın, paltarları nazik idi, qarlı-şaxtalı gecədə əzalarının bir qismi donmuşdu. Onların ac-susuz, taqətdən düşmüş, xəsarətlər almış halları ürək ağrıdırdı. Gözlərində qorxu, təşviş, nigarançılıq var idi. Bir gecədə Xocalı sakinlərinin bir qismi fiziki, sağ qalanlar isə ruhən ölmüşdülər. Xocalı faciəsi ermənilərin xalqımıza qarşı daxillərində gizlətdiyi nifrətin, kinin təcəssümü idi. Xocalı sakinlərinin vəziyyətini görənlər özlərini saxlaya bilmir, hər kəs göz yaşlarına boğulurmuş. Hamilə qadınlara, körpələrə, ahıllara qarşı törədilən amansızlıqla ermənilər öz vəhşi xislətlərini üzə çıxarmışlar.

Bu gün biz ötən illərdən fərqli olaraq, Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni alnıaçıq, başı dik ziyarət edirik. Əminəm ki, bizim bütün qəhrəman şəhidlərimizin narahat ruhları şaddır. Bir gecədə viranə qalan Xocalımız azaddır, biz oranı bərpa edirik, Azərbaycan əsgəri Xocalıda xidmət edir. Üçrəngli bayrağımız Xocalıda dalğalanır. Azərbaycan xalqı var olduqca Xocalı qətliamı, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin başımıza gətirdiyi Ağdaban, Başlıbel, Qaradağlı kimi faciələr unudulmayacaq. Tariximizin qanlı səhifələrini gələcək nəsillərə çatdıracaq, onları vətənpərvərlik ruhunda yetişdirəcəyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video