13 Aprel 2024 23:50
548
DÜNYA
A- A+

Qazaxıstan Prezidenti daşqınlar səbəbindən Astana Beynəlxalq Forumunu ləğv edib

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən daşqınlar səbəbindən bu il iyunun 13-14-də keçirilməsi nəzərdə tutulan Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəlib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Prezident tədbirə dəvət olunmuş iştirakçıların bu qərara anlayışla yanaşacaqlarına ümidvar olduğunu bildirib.

Astana Beynəlxalq Forumu işini 2025-ci ildə bərpa edəcək.

Xatırladaq ki, 2024-cü il iyunun 13-14-də Astanada Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayevin sədrliyi ilə bölgənin əsas beynəlxalq konfransı - Astana Beynəlxalq Forumu (AIF) keçirilməli idi. 2023-cü ildə ilk forumun uğuruna əsaslanaraq, builki tədbirdə də dünya ictimaiyyətinə qlobal təhlükəsizlik, sabitlik və firavanlığa dair çağırışlar ediləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video