Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İlham Əliyevin Münxen görüşləri Azərbaycanın artan qlobal nüfuzundan xəbər verir
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir.
Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş dövlət kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.
Məhz İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycan müstəqil söz və yüksək nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxlu faktlar mövcuddur.
Hörmət, ehtiram və yüksək dəyər...
Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf məkanına çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb. Beləliklə, cənab Prezidentin regionda mübaliğəsiz lider olduğunu isbat edib.
Xüsusilə qeyd etməliyik ki, İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizliyə və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərdə iştirakı, yüksək tribunalardan çıxış etməsi, yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir.
Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı, konfrans çərçivəsində bir çox dövlət liderinin xahişi ilə keçirilən görüşlər bir daha sübut edir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir, İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və ən önəmli lider hesab edirlər. Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdıqları ən mühüm platformalardan biridir.
Azərbaycan müntəzəm şəkildə bu platformaya İlham Əliyevin şəxsində dəvət alır, dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə öz dəyərli fikirlərini bölüşür.
Əgər diqqət etsək görərik ki, İlham Əliyev fevralın 16-17-də qarşı tərəflərin müraciətlərinə əsasən bir sıra mühüm görüşlər keçirib.
Görüşlər haqqında qarşı tərəfin müraciətləri və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq çox olması ilə bağlıdır. Bura dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir.
Azərbaycan dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir
Maraqlı görüşlərdən biri isə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirilib.
Prezident İlham Əliyev 30 il yarıtmaz fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupu ilə bağlı maraqlı təklif də səsləndirib. Prezident ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. İlham Əliyev ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Dövlət başçısı bir daha bəyan edib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident həmçinin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.
Bu qətiyyətli fikirləri ilə İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və kimsə bizimlə diktə dili ilə danışa bilməz.
Ümumilikdə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı, keçirilən görüşlər ölkəmizin xarici siyasətinin artıq qlobal xarakter daşıdığını bir daha göstərir. Xarici siyasətin konturlarını dövlət başçımız fevralın 14-də inaqurasiya mərasimində də səsləndirib. Azərbaycan ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət, xoş münasibət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulub. Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kənara çıxan siyasətdir. Azərbaycan dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. Bu kateqoriyaya BƏƏ, İsrail və bu kimi digər dövlətlər daxildir.
Bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. COP-29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə evsahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi ölkəmizin effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir.
Azərbaycanın bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir, bu bölgələrin bir çox ölkəsi ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. İllər uzunu Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Ermənistan və Qarabağ problemi yoxdur.
Azərbaycan sülhsevər ölkədir, qonşu dövlətlərlə, digər regionlarla sülh gündəliyini təşviq edir. Ölkəmiz bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər
Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!