24 Aprel 2023 20:56
3312
CƏMİYYƏT
A- A+

Qarabaşaq bədxassəli şişlər və qocalmaya qarşı müdafiə üçün faydalıdır

 

Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir çox xəstəliyin profilaktikası effektini təmin edir. O həmçinin orqanizmdə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu effekt qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqədardır.

“Qarabaşaq diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmaya qarşı müdafiə edir”, - deyə diyetoloq Mixail Qinzburq bildirib.

Diyetoloqun fikrincə qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır, bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalı olacaq.

Bundan başqa, Qinzburq qarabaşağın tərkibində böyük miqdarda maqneziumun olmasına diqqət yetirib. Bu mikroelement MBT-nin düzgün fəaliyyəti üçün vacibdir, ürək, sinir sistemi, öd kisəsinin dəstəklənməsini təmin edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video