22 May 2025 15:28
3695
SİYASƏT
A- A+
Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb

Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb


“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında deyib. Erkən nikahlara da toxunan deputat qeyd edib ki, mövcud statistika bu sahədə azalma tendensiyasının müşahidə olunduğunu göstərir. Lakin, erkən nikah halları müəyyən bölgələrdə yenə də aktuallığını qoruyur: “Təəssüf ki, erkən nikahlar təkcə uşaqların təhsil və inkişaf hüquqlarını pozmur, həm də onların gələcək həyatlarına ciddi zərbə vurur. Erkən nikahlarla mübarizə məqsədilə regionlarda hədəfli maarifləndirmə kampaniyaları genişləndirilməli, məktəblərdə bu məsələyə dair mütəmadi təlimlər keçirilməlidir.”

Deputat məişət zorakılığı ilə bağlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, məişət zorakılığı hallarında zərərçəkmişlə zorakılıq törədən arasında barışdırma mexanizminin aradan qaldırılması müsbət bir addım kimi qiymətləndirilə bilər: “Bu dəyişiklik zorakılığın cəzasız qalmasının və təkrarlanmasının qarşısını almağa, eyni zamanda zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Hazırda məişət zorakılığına qarşı mübarizə çərçivəsində mühafizə orderlərinin tətbiqi praktikası da genişlənmişdir. Xüsusilə icra hakimiyyətləri tərəfindən əvvəllər 30 gün müddətinə verilən mühafizə orderlərinin artıq 60 gün müddətinə tənzimlənməsi zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması baxımından mühüm və müsbət bir addım hesab olunur. Bu yanaşma, zorakılıq hallarına qarşı daha təsirli müdafiə mexanizmlərinin tətbiqini və zərərçəkmişlərin hüquqlarının real şəkildə qorunmasını təmin edir. Lakin mövcud müsbət dinamikanın davamlılığını təmin etmək məqsədilə kompleks tədbirlərin davam etdirilməsi zəruridir. Belə ki, bu sahədə hüquqi mexanizmlərlə yanaşı, sosial müdafiə, psixoloji dəstək və sığınacaq imkanları da genişləndirilməlidir”.

K.Nurullayeva gender bərabərsizliyi və iqlim dəyişikliyi məsələlərinə də toxunub. Onun sözlərinə görə, ölkəmizdə iqlim dəyişikliklərinin kənd təsərrüfatı, su ehtiyatları və ekosistemlər üzərindəki təsirləri xüsusilə bölgələrdə yaşayan qadınların həyatına birbaşa təsir göstərir: “Qadınlar, xüsusən də kənd yerlərində, ailənin ərzaq təminatı, su və enerji resurslarının idarə olunmasında mühüm rol oynayırlar və bu da onları iqlim dəyişikliklərinə qarşı daha həssas edir. Sevindirici haldır ki, Energetika Nazirliyində çalışan əməkdaşların 47 faizini qadınlar təşkil edir və bu, qadınların iqlim və enerji siyasətlərində iştirakına imkan yaradır. Lakin qadınların iqlim siyasətində və qərarvermə proseslərində daha geniş iştirakını təmin etmək, genderə həssas strategiyalar hazırlamaq və bu sahədə maarifləndirməni artırmaq üçün işlər görülməlidir. Bu istiqamətdə irəliləyişin davamı üçün regionlarda qadınların iştirakı ilə iqlimə davamlılıq mövzusunda təlim proqramlarının təşkili və onların yerli layihələrin hazırlanmasına cəlb olunması məqsədəuyğundur.”

“Qadınların və uşaqların hüquqlarının təmin olunması, onların sosial rifahı və cəmiyyətdə tam iştirak imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir” deyən K.Nurullayeva qeyd edib ki, bu sahədə birgə əməkdaşlıq və qətiyyətli addımlar vacibdir. 

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!