"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddənin üçüncü hissəsinin iyirmi ikinci - iyirmi beşinci abzasları müvafiq olaraq iyirmi üçüncü - iyirmi altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda iyirmi ikinci abzas əlavə edilsin:
"prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir;".
2. 35-ci maddənin üçüncü hissəsinə "geyim" sözündən əvvəl "xüsusi" sözü əlavə edilsin.
3. 41-ci maddə üzrə:
3.1. adında ", xidməti vəsiqəsi və" sözləri "və prokurorluq işçilərinin xüsusi" sözləri ilə əvəz edilsin;
3.2. üçüncü hissədə ", xüsusi geyim formasının və xidməti vəsiqələrinin" sözləri "və prokurorluq işçilərinin xüsusi geyim formasının" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdi...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsd...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ail...
26 Aprel
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” pu...
26 Aprel
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!