14 Oktyabr 2024 18:49
3110
Qəbullar
A- A+
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.

Siyasi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi. Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda regional siyasətə dair müzakirələrin önəminə toxundu.

Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki, Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. O, ölkəmizin ticarət, enerji, infrastruktur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd etdi.

Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlərin aparıldığını bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidenti vurğuladı ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitəsilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.

Dövlətimizin başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək, hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın fəal surətdə aparıldığını bildirdi və vurğuladı ki, bu da daşımaların həcminin artırılması və rahat surətdə həyata keçirilməsi işinə xidmət edəcək.

Danimarka səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda, ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir etdiklərini diqqətə çatdırdı.

Danimarkanın öz regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə Danimarka şirkətlərinin fəallığına toxunularaq, ölkələrimiz arasında nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi və bu istiqamətdə böyük perspektivlərin olduğu vurğulandı.

Səfir COP29-la əlaqədar təbriklərini çatdırdı və bunun dünyamiqyaslı bir tədbir olduğunu vurğuladı. COP29 çərçivəsində Danimarka ilə Azərbaycanın iqlim üzrə nümayəndə heyətlərinin yaxşı əlaqələrə malik olduğu və konstruktiv şəkildə əməkdaşlıq etdikləri bildirildi, bu sahədə ölkələrimiz arasında birgə təşəbbüslərə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, biznes dairələrinin birbaşa təmaslar qurması, yaşıl enerji və yaşıl texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı yaşıl enerji məsələsinə toxunaraq, Xəzər dənizini və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması prosesində ölkəmizin fəallığını qeyd etdi və bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xəttini, həmçinin Mərkəzi Asiya ölkələri - Qazaxıstan və Özbəkistanın Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirən bərpaolunan enerji layihələrini vurğuladı.

Görüşdə Avropa İttifaqının enerji tələbatının artacağı vurğulandı və yaşıl enerjiyə əsaslanan alternativ enerji mənbəyi kimi formalaşmaqda olan bu dəhlizin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!