20 Aprel 2025 08:30
653
SİYASƏT
A- A+
Paşinyan ölkə əhalisini yeni müharibə ilə qorxudur

Paşinyan ölkə əhalisini yeni müharibə ilə qorxudur


Ermənistanda təkcə siyasi yox, sosial-iqtisadi müstəvidə də ağır böhran yaşanır


Ermənistanda postmüharibə dönəmində gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Lakin Paşinyan iqtidarının yarıtmaz siyasəti, sülh müqaviləsinin imzalanmasının yubadılması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. 

Sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir. Belə vəziyyətdə sadə vətəndaşların rifah halı daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın daha da artmasına rəvac verir. İndi ölkədə insanlar gələcəklərinə nikbin yanaşmır və əvvəlki kimi Ermənistanı tərk etməyə çalışırlar.

Erməni ictimai xadim Qaqik Hovsepyan məqaləsində yazıb ki, Nikol Paşinyanın xarici siyasəti Ermənistanın subyekt olmaqdan çıxmasına və başqalarının qərarlarından asılı vəziyyətə düşməsinə səbəb olub. Onun sözlərinə görə, Ermənistan hökuməti cəmiyyəti yeni böyük müharibə ilə qorxudur, Qarabağdan imtinasını təzminat kimi sülh müqaviləsi vəd etməklə əsaslandırır. Ancaq sülh müqaviləsinin imzalanması prosesi yubanmaqda davam edir və Azərbaycan buna görə məsuliyyəti Ermənistanın üzərinə qoyur. Paşinyan bu qədər uzağa getməklə, o tələbləri yerinə yetirməyin yollarını tapmağa çalışır. Bakı İrəvandan növbəti güzəştlər əldə etməklə, adətən, Paşinyana nəfəs almaq imkanı verir ki, o, Ermənistan ictimaiyyətinin getdikcə zəifləyən müqavimətini sakitləşdirsin.

Bu arada ləğv edilmiş qondarma qurumun "sonuncu başçısı" Samvel Şahramanyan yoxa çıxıb. Belə ki, "4rd.am" nəşri yazıb ki, o, Qarabağdan Ermənistana köç etmiş şəxslərin dərinləşən problemlərindən və mübarizələrindən ardınca kənarda qalıb, demək olar heç bir yerdə görünmür: "Şahramanyan martın 29-da Qarabağdan Ermənistana köç etmiş şəxslərin mitinqində görünməyib, Azadlıq meydanında qurulan çadıra baş çəkməyib, halbuki onun ictimaiyyət qarşısında çıxışlar və bu mübarizəyə rəhbərlik etməli olduğu gözlənilirdi. Bizə dedilər ki, "Qarabağ parlamenti"nin  "müxalif deputatları" bu yaxınlarda onunla kifayət qədər çətin danışıqlar aparıb, Şahramanyanı laqeydlikdə və Qarabağdan Ermənistana köç etmiş şəxslərin problemlərindən uzaq olmaqda ittiham ediblər. Şahramanyanın davranışı da yumşaq desək, anlaşılmazdır. O, nəinki gizli fəaliyyətə keçib, həm də onun yenidən "Qarabağın rəhbəri" seçilmək istəyib-istəməməsi, ümumiyyətlə, mövqeyinin nə olduğu da aydın deyil. Bizə onu da dedilər ki, Şahramanyanın bu qəribə davranışı yeni deyil, onu şəxsən Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan "kurasiya edir" və Abazyana Şahramanyanın zərərsizləşdirilməsi kimi məsul vəzifə həvalə olunub. Abazyanın Şahramanyana nə vəd etdiyini və onu necə "nəzarət" altında saxladığını söyləmək çətindir, lakin "Qarabağ dairələri" hesab edirlər ki, Şahramanyan yanlış yol tutub və öz "vəzifələri"ni yerinə yetirməkdən imtina edib".

Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə siyasi yox,  sosial-iqtisadi müstəvidə də böhrana düçar olacağını göstərir. 

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!