14 İyul 2024 09:35
565
SİYASƏT
A- A+
Pakistanla münasibətlərimiz yeni yüksəliş mərhələsindədir

Pakistanla münasibətlərimiz yeni yüksəliş mərhələsindədir

 

"Azərbaycan və Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir, iki ölkə arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 1993-cü ilin martında Bakıda Pakistan səfirliyinin açıldığını xatırladan deputat bildirib ki, Azərbaycan isə İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Azərbaycan və Pakistan arasında münasibətlərin hərtərəfli inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
C.Paşazadə qeyd edib ki, bu gün Azərbaycan və Pakistan arasında əməkdaşlıq hər bir sahədə uğurla davam etdirilir: "Xüsusilə də  təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq genişlənib. Qardaş Türkiyə kimi Pakistan da hər zaman keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Hətta Pakistan işğalçı siyasətinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb və onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. 44 günlük Vətən müharibəsində də İslamabad birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib".
Deputat vurğulayıb ki, Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyərək, hər zaman qardaş ölkə kimi onun yanında olub. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan dost ölkələrdir. Ən önəmlisi isə, xalqlarımız da öz rəhbərlərinin fikirlərini  bölüşürlər. 
Prezident İlham Əliyevin bu il iyulun 11-12-də dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsində və bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsində xüsusi rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə görüşlər keçirib. Keçirilən bu mühüm görüşlər, imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verəcək. 
Müsahibimiz bildirib ki, bu gün hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda  inkişaf etdirilməsidir. 
Deputat düşünür ki, dövlətimizin başçısının Pakistana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərə yeni məzmun gətirilməsinə, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə və uzunmüddətli birgə fəaliyyətə təkan verəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!