28 Noyabr 2021 00:27
805
İQTİSADİYYAT

Pakistanın Lahor şəhərində Ələt Azad İqtisadi Zonasının potensialı barədə təqdimat olub

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Lahor Ticarət və Sənaye Palatasının (LCCI) prezidenti və palatanın İdarə Heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, palatanın prezidenti Mian Nauman Kabir Xəzər Fərhadova ziyarətə görə təşəkkürünü bildirib, Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib. Mian Nauman Kabir LCCI-nin strukturu və fəaliyyəti barədə məlumat verib və Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün palatanın hər cür köməkliyə hazır olduğunu deyib.

Xəzər Fərhadov Azərbaycan-Pakistan əlaqələrindən söhbət açıb. Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən bəhs edərək iqtisadi əlaqələrin önəmini xüsusi vurğulayıb. O, iqtisadi əlaqələrin artırılması ilə bağlı son aylar ərzində səfirlik tərəfindən görülmüş işlər barədə danışıb.

Daha sonra Azərbaycanda investisiya imkanları, idxal-ixrac məhsulları və Ələt Azad İqtisadi Zonası ilə bağlı Lahor Ticarət və Sənaye Palatasının nümayəndələri üçün təqdimat keçirilib.

Görüş zamanı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video