31 May 2023 12:12
258
İQTİSADİYYAT
A- A+

Pakistan münasib qiymətə Rusiyadan neft idxalını artırmağa hazırdır

 

İslamabad Rusiyadan ilk neft partiyasını bir həftədən sonra idxal etməyə başlayacaq və münasib qiymət şərti ilə tədarükü artırmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, “Dawn” qəzeti bu barədə Pakistanın neft naziri Musadiq Malikə istinadla məlumat yayıb. Onun sözlərinə görə, gəmilər artıq Omana çatıb və bir həftədən sonra ucuz Rusiya neftinin Pakistana tədarükü başlanacaq.

Nazir Pakistanın Rusiyadan neft tədarükünü artırmağa hazır olub-olmaması sualına cavab verərkən deyib: “Əgər biz ucuz enerji mənbəyi tapsaq, tədarükü artıra bilərik”.

Enerjidaşıyıcıları çatışmazlığından əziyyət çəkən Pakistanın neft-kimya sahəsində xarici asılılığı 84 faizə çatır. Ölkənin yanacaq bazarının əsas hissəsini Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tutur. Rusiyadan neft idxalı İslamabadın yanacaq çatışmazlığının azaldılması üzrə strategiyasının bir hissəsidir. Pakistan gələcəkdə neftə olan tələbatının 35 faizini Rusiyadan tədarüklər hesabına təmin etməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video