Özbəkistan hökumətinin Qarabağa hədiyyəsi
Füzulidə 960 yerlik məktəb binası inşa edilir
İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir.
Layihə rəhbərinin tikinti üzrə müavini Rəfail Sadıqov AZƏRTAC-a bildirib ki, üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.
İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.
Tikintidə sahə rəisi Rasim Mustafayevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin qurulmasında iştirak etmək onun ən böyük arzularından olub: "Mən özüm qarabağlıyam, Ağdam rayonundanam. 40 ildən çoxdur ki, tikinti sahəsində çalışıram. Respublikamızın bir çox bölgəsində inşaat işləri ilə məşğul olmuşam. Ən böyük arzularımdan biri Qarabağda tikinti aparmaq idi. Nəhayət, bu, mənə müyəssər oldu. 2022-ci ildə Ağdam rayonunda Xaçınçay üzərində dəmir yolu körpüsünün tikintisinə rəhbərlik elədim. İndi də Füzuli şəhərindəki məktəb binasını inşa edirik. Bu günü bizə yaşadan Prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Özbəkistandan olan mütəxəssis İslam Kərimovla söhbət zamanı Qarabağda məktəb tikintisində iştirak etməyindən qürur duyduğunu söyləyib. "Biz Özbəkistandan sentyabr ayında gəlmişik. Məktəbi Azərbaycan şirkəti ilə müqavilə əsasında inşa edirik. Mütəxəssislər Özbəkistandandır. İşimiz yaxşı gedir. Şadıq ki, işğaldan azad olunmuş Füzuli şəhərinin tikintisində iştirak edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) VIII Zirvə Görüşündə çıxışı zamanı Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəylik, dostluq, qardaşlıq addımı olduğunu bildirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözləri də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Hər iki ölkəni ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!