22 İyun 2025 08:25
505
SİYASƏT
A- A+
Orta dəhliz: Azərbaycandan baxışın geosiyasi konteksti

Orta dəhliz: Azərbaycandan baxışın geosiyasi konteksti


Hazırda dünyanın müxtəlif regionlarında baş verən münaqişələr fonunda etibarlı və uzunmüddətli əməkdaşlıq formatlarının geosiyasi əhəmiyyəti daha da artır. Bu nöqteyi-nəzərdən "Bir kəmər, bir yol" layihəsinin potensialı yüksək dəyərləndirilir. Onun tərkibində isə Orta dəhlizin rolunun dərki ön sıraya çıxır. Bratislava Qlobal Təhlükəsizlik Forumu (GLOBSEC) çərçivəsində Praqada keçirilən müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü tezislər Bakının təşəbbüslərinin önəmini ifadə edir.


Azərbaycan - nəqliyyat dəhlizlərı baxımından əlaqələndirilmiş məkan


Orta dəhliz çoxdandır ki, diqqət mərkəzindədir. O, Çinin "Bir kəmər, bir yol" strateji layihəsinin mühüm kommunikasiya elementlərindən biri kimi nəzərdən keçirilir. Həmin keyfiyyətdə Orta dəhliz siyasi, iqtisadi, geosiyasi və mədəni məna kəsb edir. Hazırda geniş dairələrdə vurğulanan aspektlərdə Orta dəhlizin qiymətləndirilməsi prosesi gedir. Bu prosesdə Azərbaycandan olan baxış xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin GLOBSEC Forumu çərçivəsində keçirilən "Orta dəhliz: yeni geosiyasi və geoiqtisadi həyat xətti" adlı ənənəvi illik müzakirədə ifadə etdiyi fikirlər vurğuladığımız aspektdə maraq doğurur.

Orta dəhliz məsələsində Azərbaycan kommunikasiya və nəqliyyat faktorunu geosiyasi əməkdaşlıq müstəvisinə transfer edə bilib. Ona üç aspektdə baxmaq olar.

Birincisi, ümumiyyətlə, sülhə və konstruktiv əməkdaşlığa xidmət edən "dəhliz"in geosiyasi anlamının müəyyənləşməsi. İkincisi, dənizə çıxışı olmayan ölkənin nəqliyyat marşrutları baxımından əlaqələndirilmiş məkana çevrilə bilməsi. Üçüncüsü, ilk iki şərti təmin edən dövlətin yerləşdiyi coğrafiyaya fayda verə biləcək səviyyəyə yüksəlməsi.

Siyasi-nəzəri baxımdan çox əhəmiyyətli özəlliklərdən biri ondan ibarətdir ki, dövlət vurğulanan şərtlərə uyğun addım atmalı, bunun üçün səmərəli konsepsiya işləyib hazırlamalıdır. Azərbaycan Orta dəhliz məsələsinə məhz bu səviyyədə yanaşır və işləyib hazırladığı konsepsiya ilə hər üç şərtin təmininə nail olub. Bəs Azərbaycanın Orta dəhliz məsələsinə baxışının fəlsəfəsində başlıca məqam nədən ibarətdir?


Yanaşmanın başlıca siyasi-tarixi məqamı


Hikmət Hacıyevin GLOBSEC Forumundakı çıxışı və bütövlükdə, proseslərin gedişi, təhlillər göstərir ki, Azərbaycan Orta dəhliz kontekstində siyasi, tarixi, geosiyasi aspektləri mükəmməl şəkildə vahid fəlsəfi məntiq müstəvisinə gətirə bilib. Onun əsas mənasını yığcam şəkildə belə ifadə etmək olar: "Azərbaycan Orta dəhlizə sadəcə nəqliyyat marşrutu kimi deyil, daha geniş mənada mədəniyyətlərarası dialoqun bir forması kimi baxır". Bu, artıq müasir mərhələdə nəqliyyat-kommunikasiya faktoruna yeni yanaşmanın formalaşmasını əks etdirir. Onun iki qaynağı mövcuddur.

Əvvəla, "yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir". Bu, türk xalqlarının hikmətinin mühüm bir aspektidir - "yol onu gedənindir!" Buna görə də "yol" həmişə türk anlamında özü ilə mədəniyyəti, sivilizasiyanı və tarixiliyi daşıyır. Həmin anlamda da "yol" statik mövcudluq deyil, daimi dinamikadır. Deməli, Azərbaycanın Orta dəhliz məsələsinə yanaşması onun daim işlək olması ilə sıx bağlıdır və hətta ondan kənarda mövcud deyildir.

İkincisi, Azərbaycanın irəli sürdüyü bu konseptual yanaşmanın ciddi praktiki və təcrübi əsasları var. Belə ki, müasir mərhələdə ölkə rəhbərliyi "İpək yolu" təcrübəmizi müxtəlif istiqamətlərdə nəqliyyat əlaqələrinin kəsintisiz qurulmasına ustalıqla proyeksiya edə bilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutları bunlara bariz nümunədir. Orta dəhliz də məhz bu aspektdə mədəniyyət, sivilizasiya və faydalı əməkdaşlıq məkanı kimi siyasi və geosiyasi anlam alır.

Vurğulanan kontekstdə Azərbaycan Prezidentinin köməkçisinin aşağıdakı fikri tam yerindədir: "Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq". Və həmin siyasi-konseptual yanaşmanın yeni mərhələsi özünü göstərməkdədir.


"Hava İpək yolu"


Azərbaycan rəhbərliyi bu anlayışa çox maraqlı məzmun verib. Birincisi, coğrafi faktorun geniş anlamı əməkdaşlıq aspektində yeni məna alır. Orta dəhliz müstəvisində bu, "Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini" ifadə edir. Həmin əsasda Azərbaycan "Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq" qurub.

Deməli, rəsmi Bakı Orta dəhlizin işlək olması üçün Xəzərin ənənəvi coğrafi məkan kimi anlayışını yeniləşdirərək, onu Qafqazla Mərkəzi Asiyanı birləşdirən "su məkanı" kimi görür. Bu cür keçid Xəzərin su hövzəsi olaraq yeni geosiyasi məna kəsb etdiyini göstərir.

İndi isə Azərbaycan "quru" və "dəniz" coğrafi anlamlarını havada əməkdaşlıq anlamı ilə tamamlayır. Daha konkret desək, Azərbaycan ərazisində 9 hava limanı fəaliyyət göstərir ki, bu da Orta dəhliz kontekstində nəqliyyat imkanlarını genişləndirir. Azərbaycan rəhbərliyi bütün bunlara "İpək yolu" anlayışının yeni növünü də daxil edib.


"Rəqəmsal İpək yolu"


Bu anlayışın təməlində Azərbaycanın qazaxıstanlı tərəfdaşlarla birlikdə Avrasiya qitəsi boyunca, Xəzər dənizi vasitəsilə yüksəksürətli internet bağlantısı qurması prosesi dayanır. "Rəqəmsal İpək yolu" geniş geosiyasi coğrafiyada nəqliyyat-logistika sferasında müasir, etibarlı və yüksəkfaydalı əlaqələr qurmağa imkan yaradacaq. Rəqəmsallıq bu prosesdə əməkdaşlığın səmərəliliyini sürətləndirəcək və minimum itkisiz edəcəkdir. O cümlədən gömrük xidmətində tamamilə yeni bir səhifə açılacaqdır. Bunun fonunda Azərbaycanın başqa bir təşəbbüsü çox əhəmiyyətlidir.


"Bərpaolunan enerji dəhlizi"


Azərbaycan bu təşəbbüslə Xəzər regionunun bərpaolunan enerji potensialını Orta dəhliz üzərindən Avropaya daşımağı hədəfləyir ki, bu da olduqca faydalı bir layihədir. Məsələ onunla bağlıdır ki, bərpaolunan enerji məsələsi Azərbaycanın illərdir həyata keçirdiyi enerji strategiyasının üçüncü mərhələsinin mərkəzi faktorudur. Bununla, bir tərəfdən, Azərbaycan özünün yeni enerji strategiyasının üçüncü mərhələsinə məntiqi və səmərəli praktiki keçid edir, digər tərəfdən isə, uğurla bu prosesi beynəlxalq layihə olan "Kəmər və Yol" təşəbbüsü ilə birləşdirir. Bunların fonunda Hikmət Hacıyevin aşağıdakı ümumiləşdirməsi maraq doğurur: "Bütün bu təşəbbüslər Azərbaycanın Şərq-Qərb bağlantısı və ümumilikdə, əlaqəlilik konsepsiyasına verdiyi strateji töhfənin tərkib hissəsidir".


Orta dəhliz, Avropa, Çin və... Zəngəzur


Azərbaycan Prezidentinin köməkçisi çox əhəmiyyətli bir mesajı da çatdırıb. Hikmət Hacıyev vurğulayıb: "Orta dəhliz artıq mövcuddur və fəaliyyət göstərir. Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər".

Başqa kontekstlərə də Orta dəhlizin işlək olması prizmasından baxdıqda, geosiyasi mahiyyətli düşündürücü qənaətlər yaranır.

Birincisi, Avropa nəzərə almalıdır ki, Azərbaycan kompleks şəkildə və ancaq əməkdaşlıq naminə Orta dəhliz layihəsinin işləməsi üçün əlindən gələni edəcəkdir. Buna görə də Avropa İttifaqı nə kənarda qalmalı, nə də Mərkəzi Asiyada parçalama addımları atmalıdır. Brüsselə verilən aşağıdakı sual aktualdır: "Avropa İttifaqı haradadır?"

İkincisi, Azərbaycan Orta dəhlizi Avropa-Çin əlaqələrinin inkişafı üçün güclü imkan kimi qiymətləndirir. Onun reallaşması üçün isə tərəflərin vəziyyətə, əsasən, qarşılıqlı faydalılıq prizmasından yanaşması lazımdır. Onlar rəqabət aparırlar ki, öz işləridir. Lakin Bakı üçün Orta dəhliz "əməkdaşlıq imkanı"dır!

Üçüncüsü, Azərbaycan Orta dəhliz kontekstində Türkiyə və Gürcüstanla Mərkəzi Asiyanı əlaqələndirən etibarlı məkan rolunu oynayır. Bundan Avropanın da faydalanması zəruridir.

Dördüncüsü, Azərbaycanın Orta dəhlizə baxışının vurğulanan özəllikləri məntiqi olaraq belə bir tezisi formalaşdırmağa imkan verir: "Ermənistan ilk vacib addımı ataraq Zəngəzur dəhlizi ilə bağlı iş görməlidir". Bu, rəsmi İrəvan üçün seçim deyil, bir zərurətdir. Bütün göstəricilər Azərbaycanın Orta dəhlizə baxışının mükəmməl, müasir və qarşılıqlı faydalılıq prinsipinə uyğun olduğunu göstərir. Bundan kənarda qalmaq ancaq ağılsızlığı və siyasi korluğu ifadə edir!


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək  

16:16
09 İyul

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

16:15
09 İyul

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

16:14
09 İyul

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb  

16:13
09 İyul

Britaniyada həyati vacib orqan nəqlini gözləyən pasiyentlərin sayı rekord həddə çatıb  

15:40
09 İyul

Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür  

15:39
09 İyul

3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib  

15:38
09 İyul

Arxeoloqlar 12 min illik sualtı şəhər tapıblar

15:36
09 İyul

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub  

15:01
09 İyul

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

15:00
09 İyul

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib  

14:59
09 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə iqlim böhranının fəsadları getdikcə güclənərək hiss olunur  

14:58
09 İyul

Türkiyə şirkətləri Pakistanın ərazi sularında neft-qaz axtarışı aparacaq  

14:55
09 İyul

Kreml Ukrayna ilə nizamlanma üzrə memorandumların müzakirəsinə başlamağı zəruri hesab edir  

14:53
09 İyul

Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir  

14:52
09 İyul

Baş katib: OPEC Beynəlxalq Seminarında COP müzakirələrinin mövcud vəziyyəti qiymətləndiriləcək  

14:50
09 İyul

Ankarada türk dövlətlərinin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunub  

14:49
09 İyul

“Politico”: Tramp Rusiyaya qarşı yeni sanksiyaların qəbulu üzrə işin intensivləşdirilməsini dəstəkləyir  

14:47
09 İyul

Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib  

14:46
09 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib  

14:44
09 İyul

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

13:56
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!