17 Sentyabr 2023 10:46
3442
Səhiyyə
A- A+
Orqanizmimiz payız mövsümünə hazırdırmı?

Orqanizmimiz payız mövsümünə hazırdırmı?

 

İsti, günəşli günləri soyuq havaların əvəz etdiyi payız fəslinə qədəm qoymuşuq. Fəsillərin bir-birini əvəz etməsi insan orqanizmində müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. Havalar soyuduqca orqanizmimizin müqaviməti azalır, immun sistemi zəifləyir. Bu da kəskin respirator virus xəstəliklərinə yoluxma hallarını artırır. İmmuniteti zəif olan insanlar isə daha çox xəstəliklərə məruz qalırlar.

 

Fəsil dəyişikliyi zamanı sağlamlığımıza diqqət yetirməliyik

Həkim-terapevt Günel Fətəliyeva deyir ki, yeni fəslə keçən zaman orqanizmdə müəyyən dəyişikliklər baş verir: "Payız mövsümünə keçid dövründə günəş şüaları azaldığına görə insanlar bəzi sağlamlıq problemləri yaşayırlar. Havaların soyuması, rütubətin artması immun sisteminə mənfi təsir göstərir. Fəslin xüsusilə ikinci yarısında həm xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Ona görə də fəsil dəyişikliyi zamanı bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik".
G.Fətəliyeva bildirir ki, payızda şikayətlərin əksəriyyəti kəskin respirator virus xəstəlikləri ilə bağlı olur: "Bu, iki yüzə qədər fərqli törədicilər tərəfindən baş verə bilər. Xəstəlik halsızlıq, burunaxma, boğazda ağrı, əzginlik, iştahsızlıq və hərarət şəklində özünü büruzə verir. Payızda qripə daha çox rast gəlinir. Onun gedişatı adi kəskin repirator xəstəliklərinin digər törədicilərindən daha ağır olur. Yüksək hərarət və ciddi əzələ-sümük ağrıları kimi ağır əlamətlərlə müşayiət edilir. Əgər zamanında düzgün tədbirlər görərək qarşısı alınmasa, sətəlcəm, otit və sinusit kimi ağırlaşmalara gətirib çıxarar".

 

Düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik olmalıdır

Havalar soyuduqca bədənin xəstəliklərə qarşı müqaviməti də aşağı düşür. Həkim-terapevt deyir ki, qabaqlayıcı tədbir olaraq immuniteti gücləndirmək lazımdır: "Bunun üçün sağlam həyat tərzinə riayət edilməlidir. Düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, bol su qəbulu, mövsümə uyğun meyvə-tərəvəzdən istifadə, balıq məhsullarına üstünlük vermək immun sistemini qüvvətləndirir. Gündəlik qidalanmada karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Həmçinin hər kəsə gün ərzində təmiz havada minimum 40 dəqiqə yürüş etmək tövsiyə olunur".
G.Fətəliyeva qeyd edir ki, siqaret, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Çünki onlar immunitetə mənfi təsir göstərərək, bir çox xəstəlikləri provakasiya edir.
"Soyuq havalarda bədən günəş şüalarına birbaşa məruz qalmadığı üçün vitamin D çatışmazlığı yaranır. Nəticədə taqətsizlik, sümük ağrıları, saçların tökülməsi və dırnaqların qırılması kimi hallar müşahidə olunur. Həkim məsləhəti ilə vitamin qəbul etmək lazımdır", - deyə həkim-terapevt bildirib.

 

Qripə qarşı ən effektiv üsul vaksinasiyadır

G.Fətəliyeva deyir ki, influenza virusuna qarşı ən effektiv üsul vaksinasiyadır: "İldə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. Vaksinasiya aparılmadıqda anticisimlər yaranmır və viruslara qarşı qoruyucu mexanizmlər olmur".
Kəskin respirator virus xəstəliklərinə yoluxmamaq üçün gigiyena qaydalarına xüsusilə diqqət etmək lazımdır. Həkim-terapevt qeyd edir ki, insanların sıx olduğu yerlərdə xəstəliyə yoluxma riskləri yüksəkdir: "Əksəriyyətimizin ictimai nəqliyyat vasitələrindən istifadə etdiyini nəzərə alsaq, əl gigiyenasına xüsusi diqqət yetirilməlidir. Əllər sabunla ən az 20 saniyə yuyulmalıdır. Əlimizi ağız-üz nahiyəsinə mümkün qədər az toxundurmağa diqqət etməliyik. Çünki virusların giriş qapısı selikli qişalardır". 
G.Fətəliyeva bildirir ki, virusa yoluxan şəxslər öskürərkən və ya asqırarkən ağızlarını əlləri ilə deyil, dirsək bükümü ilə tutmalıdırlar: "Çünki əllə təmasda viruslar başqa insanların da yoluxmasına şərait yaradır. Onlar tibbi maskalardan və antiseptiklərdən istifadə etməlidirlər. Xəstəliyə yoluxan şəxslərin olduğu otağın havası mütəmadi olaraq dəyişdirilməlidir. Virusa yoluxanlar mümkün qədər ev şəraitində qalmalıdırlar. Sağalma prosesini sürətləndirmək üçün bol maye, normal yuxu rejimi, keyfiyyətli qidalanma və simptomatik dərman qəbulu vacib şərtlərdən hesab olunur".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Gələcək üçün..."

08:25
26 Yanvar

18,5 milyon tondan çox yük, 8,5 milyon sərnişin

08:20
26 Yanvar

Neftçala seçkilərə hazırdır

08:15
26 Yanvar

16 min nəfərdən artıq namizəd mübarizə aparacaq

08:10
26 Yanvar

Beynəlxalq şirkətlərin Azərbaycana marağı daha da artır

08:05
26 Yanvar

Sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsi

08:00
26 Yanvar

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb  

17:34
25 Yanvar

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

17:09
25 Yanvar

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

16:49
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!