26 Fevral 2025 08:55
405
CƏMİYYƏT
A- A+
O, ailənin yeganə övladı idi

O, ailənin yeganə övladı idi


Səxavət ölümün üstünə getdiyini bilsə də, əqidəsindən dönmədi


Xalqımız torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğul və qızlarının xatirəsini həmişə əziz tutur, onları hörmətlə yad edir, dərin ehtiramla anır. Müstəqilliyimiz və suverenliyimiz uğrunda cəsarətlə, igidliklə vuruşan və bu yolda canından keçən şəhidlər heç vaxt unudulmur. Vətənin bu cəsur övladlarını dünyaya tanıtmaq və yad etmək üçün müxtəlif tədbirlər və anım mərasimləri keçirilir. Onların haqqında sənədli filmlər çəkilir, kitablar yazılır. 

Şəhid Səxavət Rizvan oğlu Abbasov da yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə canından keçmiş xalqımızın cəsur, igid övladlarından biridir. Onun həyat yolu ilə tanış olanda görürük ki, Səxavət qısa, amma şərəfli bir ömür yaşayıb. Bu ömür yolu gələcək nəsillər üçün örnək və qürur yeridir.

Səxavət Rizvan oğlu Abbasov 25 aprel 2000-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində dünyaya göz açıb. Şəhərdəki 1 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən bir müddət sonra böyük ruh yüksəkliyi ilə ordu sıralarına yollanıb. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. Vətənin əsgəri kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Silahların və hərbi texnikaların  sirlərinə dərindən yiyələnib. Ürəyi Vətən eşqi ilə döyünən Səxavət 2019-cu ildə xidmətini uğurla başa vuraraq doğmalarının yanına alnıaçıq, başıuca qayıdıb. 

2020-ci il sentyabrın 29-da könüllü olaraq İkinci Qarabağ müharibəsinə, torpaqlarımızın azadlığı uğrunda döyüşə yollanıb. Onun döyüş yolu Füzuli rayonunun ərazisindən başlayıb. Xocavənd və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə  öndə vuruşub. Sərrast atəşlə neçə-neçə qəsbkarı məhv edib. Füzuli rayonunun ərazisində yerləşən böyük strateji əhəmiyyətə malik Ərgünəşli yüksəkliyi uğrunda gedən əks-hücum əməliyyatında şəhid olub. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirib. 

Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Səxavət Rizvan oğlu Abbasov ölümündən sonra "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. 


Arzuları bitib-tükənmirdi


Cəsur döyüşçü Səxavət Abbasov kimi igid oğullarla hamımız fəxr edirik. Çünki məhz belə vətənpərvər  oğulların mərdliyi sayəsində torpaqlarımız işğalçılardan azad olundu. Vətən üçün bu cür cəsarətli övladlar böyütdüyünə görə şəhid analarına minnətdarıq. Səxavət kimi igid döyüşçülərin xatirəsi həmişə əziz tutulacaq, onlar heç vaxt unudulmayacaq, yaddan çıxarılmayacaq. 

Şəhidin anası Maisə Abbasova oğlunun şərəfli ömür və döyüş yolundan söz açaraq dedi ki, Səxavət 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə yollandı. O, böyük arzularla yaşayırdı. Bitib-tükənməyən bu arzuları həyata keçirmək üçün yorulmadan çalışırdı: "Oğlum əsgəri xidmətini yerinə yetirib qayıtdıqdan bir il sonra erməni təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başladı. Elə həmin gün, sentyabrın 27-də evə gəlib dedi ki, ana, könüllü olaraq döyüşə getmək istəyirəm. Səxavət ailədə tək övlad olduğuna görə ona dedim ki, bəs sən bizi fikirləşmirsən? Müharibəyə getsən, başına bir gəlsə necə olacağıq, nə edəcəyik? Soruşdu ki, o nə deməkdir, ana, yurdumuzu qorumağa kimliyindən, ailə vəziyyətindən asılı olmadan hamımız getməliyik. Mən getməyim, o getməsin, bəs kim döyüşə getməlidir? Vətəni erməni işğalçılarından kim qorumalıdır? Hamımız əl-ələ, çiyin-çiyinə verib torpaqlarımızı erməni işğalçılarından azad etməliyik. Səxavət dediyini də elədi. Sentyabrın 29-u könüllü olaraq döyüşlərə yollandı. Gedəndən sonra arada zəng vurub danışırdı. Oğlumun səsini eşitdikcə təskinlik tapırdım, bilirdim ki, sağ-salamatdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. Sonuncu dəfə Səxavətlə oktyabrın 3-də danışdım. Ondan sonra oğlumdan zəng gəlmədi. Nə qədər cəhd göstərsəm də, əlaqə saxlaya bilmədim. Səxavətdən nigaran qaldım. Sonuncu zəngində hansı istiqamətdə döyüşdüyünü, vəziyyətinin necə olduğunu soruşmuşdum. Ətraflı bir söz deməmişdi, hər şeyin yaxşı olduğunu bildirmişdı. Ümumiyyətlə, o, həmişə çox qısa danışar, deyərdi ki, hər şey yaxşıdır, narahat olmayın, tezliklə qayıdacağıq".

Övlad itirmək dözülməz dərddir, çəkilməz ağrıdır. Əvvəlcə Maisə xanıma övladının yaralı olduğunu deyiblər, sonra isə şəhid olduğunu öyrənib. Həmin kədərli günlərdən söz açan şəhid anası dedi: 

- Oktyabrın 22-si axşam evimizə gəlib dedilər ki, sizi Abşeron Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinə çağırırlar. Bundan bir müddət əvvəl mənə Səxavətin yaralı olduğunu demişdilər. Bu xəbər məni narahat etdi. Fikirləşdim ki, yaralı olsa, bizi səfərbərlik şöbəsinə çağırmazlar. Yəqin uşağın başında nəsə bir iş var. Həyəcandan yolu necə getdiyimi bilmədim, bir də gördüm ki, səfərbərlik şöbəsinin həyətindəyəm. Burada oğlumun şəhid xəbərini eşitdim. Bu xəbəri alanda dünya başıma fırlandı, dilim tutuldu, ürəyim əsdi. Yeganə övladım olan Səxavət mənim həyatım, bu günüm və sabahım idi. Onun xoş günlərini görmək istəyirdim, amma təəssüflər olsun ki, şəhid olmağı arzularımızı gözümüzdə qoydu. Mən həyatda Səxavət üçün yaşayırdım. Bütün arzularım Səxavətə bağlıydı. Oğlum ağıllı, vətənpərvər idi. Hansısa bir çətinliyə düşəndə mənə təskinlik verərdi. Mənim üçün nə qədər ağır itki olsa da, oğlumun igidliyi, qəhrəmanlığı ilə fəxr edirəm. Səxavət indi ən uca zirvədədir. Çox gözəl deyiblər ki, şəhidlər ölmür, əbədiyyətə qovuşurlar. Səxavət əbədiyyəti cəsarəti və hünəri ilə qazanıb. Tez-tez məzarını ziyarət edirəm. Hər dəfə Şəhidlər xiyabanına gedəndə onun məzarı üstündə güllər, çiçəklər görürəm.


Qəlpə yarasından şəhid olub


Döyüş yoldaşları da onun haqqında xoş sözlər dedilər. Səxavətin Füzulidən başlayan döyüş yolu Cəbrayıldan, Hadrutdan və Xocavənddən keçib. Sonuncu döyüşü isə Füzuli rayonunun ərazisindəki böyük strateji əhəmiyyətə malik olan Ərgünəş yüksəkliyi uğrunda olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minaatan mərmisi onun yaxınlığına düşüb. Oktyabrın 20-də aldığı qəlpə yarasından şəhid olub. Səxavət Abbasov oktyabrın 22-də Abşeron rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.  

2 nömrəli uşaq bağçasında cəsur döyüşçü Səxavət Abbasovun müəllimi olmuş Şamama Rzazadə onu kövrək hisslərlə xatırladı. Dedi ki, Səxavət çox sakit, bacarıqlı uşaq idi: "Yadıma gəlir ki, onun xüsusi yaddaşa sahib olması hamımızı heyran etmişdi.  Şeirləri tez bir zamanda əzbərləmək bacarığı və çox şirin də səsi var idi. Şəxavətin hər sözündən, hər hərəkətindən vətənpərvərlik duyulurdu. Şəhid olduğunu eşidəndə çox sarsıldıq. İndi bağçada Səxavətə, onun qəhrəmanlığına həsr olunmuş guşə düzəltmişik. Gənclərə onun qəhrəmanlığından danışırıq, şəhidimizi həmişə hörmətlə anırıq".

Səxavət Abbasovun anası Maisə Abbasovanın övladı haqqında dediyi qürur dolu bu sözlər heç vaxt yaddaşlardan silinməyəcək: "Mən oğlum Səxavətlə həmişə öyünəcəyəm, fəxr edəcəyəm. Çünki o torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidlər isə heç vaxt unudulmur". 

Anaların övladlarının qəhrəmanlığı ilə fəxr etməsi hər birimizdə xoş hisslər oyadır. Təkcə analar deyil, bütün Azərbaycan xalqı yurdumuzun azadlıq carçıları olan şəhidlərlə qürur duyur və öyünür. 

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!