09 Dekabr 2022 01:46
603
İQTİSADİYYAT
A- A+
Neft sənayemizin canlı əfsanəsi adına...

Neft sənayemizin canlı əfsanəsi adına...

 

Müasir tanker öz zavodumuzda tikildi, gəmiçilik və neft infrastrukturumuz zənginləşdi

 

"Akademik Xoşbəxt Yusifzadə" tankeri istismara verildi və bu, sıradan bir hadisə deyil, özündə bir neçə mühüm məqamı birləşdirir. Prezident İlham Əliyevin  mərasimdə iştirak etməsi hadisənin  önəminə bir daha diqqət çəkir.
Əvvəla, gəminin  adı haqqında. Həyatda olan şəxsin adının hər hansı bir infrastruktura , o cümlədən gəmiyə verilməsi heç də tez-tez rast gəlinən hal deyil. Necə deyərlər, bu, yüz, bəlkə də min  dəfədən bir   olur.  Məsələn, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir.  
Yeni tankerə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adının verilməsi 93 yaşlı görkəmli neftçi-geoloqumuzun həqiqətən də Azərbaycanın neft sənayesinin canlı əfsanəsi olduğunun təcəssümüdür. Qeyd edək ki, tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən verilib. 
Bu, həyatı uzun illərdir dənizlə, Xəzər nefti ilə bağlı olan bir insana Prezidentin böyük dəyər verməsi,  qayğıkeşlik göstərməsi deməkdir.  Xoşbəxt müəllim  bunu  həm özünə, həm də Azərbaycanın böyük neftçilər ordusuna diqqət kimi dəyərləndirir: "Hörmətli Prezident, doğrudan da,  mənə böyük qiymət verdiniz, doğrudan da, mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir".
"Akademik Xoşbəxt Yusifzadə" tankeri  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.  Gəminin  uzunluğu 141, eni 16,9 metr, yükgötürmə qabiliyyəti 7800 tondur, daimi heyəti 15 nəfərdən ibarətdir. Suya oturumu isə ASCO-nun digər tankerləri ilə müqayisədə maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır. İnşasına 2019-cu ilin avqustunda başlanan  "Akademik Xoşbəxt Yusifzadə" sözügedən zavodda tikilən 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən "Laçın" (2019-cu il, dekabr) və "Kəlbəcər" (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.
Beləliklə, "Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşası, eyni zamanda son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının tam təmin olunmasının  təzahürüdür. Belə ki, bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları özü istehsal edir. Bakıdakı zavodlarda gəmilərin istehsalı, o cümlədən "Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşa olunaraq istismara verilməsi buna əyani misaldır.
"Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi əhəmiyyətli gəmiçilik, həmçinin neft infrastrukturunun həyata vəsiqə aldığı bir gündə Ümummilli Lider Heydər Əliyevin xatırlanmaması qeyri-mümkün idi. Bu işlər  Ulu Öndərin qoyduğu ənənələrin böyük uğurla davam etdirilməsidir. Neft sənayemizin canlı əfsanəsi ötən illərin xatirələrini vərəqləyərək dedi: "Cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da, cənab Heydər Əliyev sanki neçə il öncə gələcəyi görürdü. Doğrudan da, böyük işlər gördü".
1970-ci illər Azərbaycan neft sənayesinin həqiqətən də yeni inkişaf dövrü olmuşdur.   Ulu Öndərin gərgin mübarizəsi ilə tikilməsi Azərbaycanda mümkün olan və indi Ümummilli Liderin adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodunun adı da təsadüfən xatırlanmadı. Xoşbəxt Yusifzadə ilə söhbət edərkən Prezident bunu da vurguladı: "Siz də yaxşı xatırlayırsınız ki, biz "Əsrin kontraktı" üzərində işləməyə başlayanda bu Dərin Özüllər Zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi. Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə "Əsrin kontraktı" üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı, bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz".
9 il bundan əvvəl istismara verilən  Bakı Gəmiqayırma Zavodu isə Prezident İlham Əliyevin qərarı ilə tikilib.  
" O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, "Ro-Ro" gəmisi, bərə inşa edə bilirik", - deyə Prezident bildirib .   
Vurğulayaq ki, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi müasir, mükəmməl  bir gəmi də öz infrastrukturumuzdan istifadə olunmaqla, yəni sözügedən zavodumuzda tikilib. Faktın şərhə ehtiyacı yoxdur... 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!