05 Dekabr 2023 15:19
220
İQTİSADİYYAT
A- A+
Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq

Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP 28 çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyələrdə mühüm töhfələrin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını və Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını qeyd edib. Bildirilib ki, 2030-cu ilədək dövrdə “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin bərpa olunan enerjinin xarici investisiya hesabına inkişafını, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti “yaşıl sərmayə” axınını da təşviq edir.

“Oktyabrda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasını “Masdar” şirkəti ilə istifadəyə verdik. 2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. Həmçinin 2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib. Şirkətlər üçün külək turbinləri, günəş panellərinin yerli istehsalının qurulması, enerji saxlama sistemlərinin yaradılması, həmçinin enerjinin səmərəli paylanması üçün qabaqcıl şəbəkə texnologiyalarından istifadə etməklə şəbəkənin gücləndirilməsi, “yaşıl hidrogen”in istehsalı, saxlanması və nəqli, eləcə də karbon emissiyalarının tutulması və saxlanması, elektrik doldurma infrastrukturu sahələrində əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tədbir “Enerji keçidi və xalis sıfır: Perspektivlər”, “Azərbaycanda bərpa olunan enerjinin inkişaf imkanları”, “Neft-qaz sənayesinin xalis sıfır gələcəyi üçün təmiz enerjiyə əsaslanan biznes modellər”, “Yaşıl enerji sahəsinə MASDAR-ın yanaşması”, “Davamlı şəbəkə üçün külək enerjisi və enerjini saxlama həlləri”, “Enerji keçidi və dekarbonizasiya” mövzularında IRENA, SOCAR, “WindEurope”, “Masdar”, bp, “ACWA Power”, “Nobel Energy” nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan pavilyonunda baş tutan tədbirdə 17 enerji şirkəti və təşkilat təmsil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

13:41
04 Oktyabr

Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır

13:33
04 Oktyabr

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

13:29
04 Oktyabr

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

13:19
04 Oktyabr

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

13:16
04 Oktyabr

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

13:02
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

 Makrona artıq heç kim inanmır 

11:22
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!