14 İyul 2024 08:50
543
SİYASƏT
A- A+
Müasir Azərbaycan tarixinin dönüş mərhələsi

Müasir Azərbaycan tarixinin dönüş mərhələsi

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsindən 55 il ötür. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 
Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci Katibi seçildiyi il tarixə Azərbaycanda yeni dövrün, respublikamızın sosial-iqtisadi həyatında inkişafın bünövrəsinin qoyulduğu il kimi yazıldı. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Sovet Azərbaycanına rəhbər seçildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara qalxdı.
Heydər Əliyev unikal biliyə, qeyri-adi yaddaşa malik fenomenal bir şəxsiyyət idi. Dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Ulu Öndər, eyni zamanda idarəetmənin ustadı, dünya siyasətinin kamil bilicisi, uzaqgörən siyasətçi, mahir diplomat idi. Dahi şəxsiyyət Heydər Əliyev həm də Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisidir. 
Heydər Əliyev qətiyyətli, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığa, zülmə qarşı mübarizə aparmış böyük şəxsiyyət idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhəri gün - 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən Ulu Öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı sovet rəhbərliyinin ikiüzlü və riyakar siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarını tərk etdi.  
1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi.  Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Qərbdə Azərbaycanın parçalanması üçün planlar cızılırdı. O zamanlar respublikada hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı ağır durumla üz-üzə qoymuşdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz vəziyyətə salmışdı. Ermənistan torpaqlarımızı işğal edirdi, hakimiyyətdə olanlar isə ölkəni talamaqla məşğul idilər.
Azərbaycan xalqı düşünürdü ki, ölkəni bu ağır durumdan yalnız Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gələrək 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın və ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və bu, Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi. Böyük iqtisadi islahatlara başlanıldı, inkişaf yolu tutuldu. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apardı. 
Heydər Əliyev Prezident seçildikdən sonra bütün qüvvələri bir komandanlıq altında birləşdirdi. Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirərək rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bundan sonra Ermənistan rəhbərliyi Azərbaycanla atəşkəs haqqında razılığa gəlməyə məcbur oldu. Heydər Əliyev Azərbaycanda güclü ordu yaradılması üçün mühüm qərarlar qəbul etdi. Ordumuzun maddi-texniki bazası yeniləndi.
1994-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycanla 6 dövlətin 10 nəhəng neft şirkəti arasında "Əsrin müqaviləsi" olan neft kontraktları imzalandı. Bu, yeni müstəqillik əldə etmiş, Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün böyük uğur idi. Böyük dövlətlərin nəhəng transmilli şirkətlərinin Azərbaycanla neft kontraktlarını imzalamaqlarının əsas səbəbi onların Heydər Əliyev şəxsiyyətinə, böyük siyasətçi və lider olmasına inamlarından irəli gəlirdi. Bu tarixi hadisədən bir neçə il sonra Azərbaycan nefti dünya bazarına çıxarıldı və ölkə iqtisadiyyatının yüksəlişi yeni inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələr  yaradıldı, Azərbaycan vətəndaşlarının sosial rifahı ildən-ilə yaxşılaşmağa başladı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyəgəlməzdir. Əsrlər ötəcək, Azərbaycan dövləti əbədi yaşayacaq və xalqımız Ümummilli Lider Heydər Əliyevi yad edəcək, xatirəsini hər zaman uca tutacaq.

Kamilə ƏLİYEVA, 
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!