Möhkəm əsəb sistemi ürək sağlamlığında həlledici rol oynayır
Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimiz nizamla döyünür, qəlbimız sözümüzə baxır, deməli, yaşamağa dəyər. Ona görə də ürəyi qorumaq aktual əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq, professor Adil Baxşəliyev deyib: “Ürək ən zəhmətkeş orqandır, o orqan beyin, qaraciyər və böyrəyin qanla təchizatını yerinə yetirir. Müasir dünyada ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında ən üst sırada dayanır. Hər il dünyada təxminən 18 milyon nəfərə yaxın insan ürək xəstəlikləri ilə əlaqədar həyatını itirir. Xüsusilə də ailəsində ürək və damar xəstəliyi, hipertoniya, şəkərli diabet, yüksək xolesterin və artıq çəkisi olanlar risk altındadır”.
Onun dediyinə görə, orqanizmin ən çətin əzələsinin qeydinə qalmaq elə də çətin deyil: düzgün qidalanma, aktiv həyat tərzi, alkoqol və tütündən imtina etmək və hər şeyi ürəyə salmamaq lazımdır. Həkim-kardioloq deyib ki, stress ürək xəstəliklərinin başlıca faktoru hesab edilir: “Sağlam yuxu yatmaq ən vacib şərtlərdən biridir. İnsan yuxudan ayılanda özünü gümrah və yaxşı hiss etməlidir. Ekologiyanın sağlamlığı da mühüm şərtlərdən biridir. Möhkəm əsəb sistemi də ürək sağlamlığında həlledici rol oynayır”.
Ürək–damar xəstəliklərinin vaxtında müəyyən edilməsi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrü uzatmaq mümkündür. Professor bununla əlaqədar hamının bilməli olduğu vacib tövsiyələrini də verib: “Ürəyin qanla təchizatını öyrənmək üçün heç olmasa ildə bir-iki dəfə 45-50 yaşdan sonra elektrokardioqrama çəkilməlidir. Yaşadığımız həyat boyu həmişə ürəyimizin qayğısına qalmalıyıq və nə qədər ki, onun qayğısına qalırıq, o da bizi yaşatmaqda davam edir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düş...
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub...
08 Fevral
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
08 Fevral
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
08 Fevral
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır
08 Fevral
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
08 Fevral
BMT Türkiyə və Suriyaya 25 milyon dollar yardım ayırıb
08 Fevral
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq ...
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!