26 İyul 2025 08:00
2421
SİYASƏT
A- A+
Mixail Qusman niyə qəzəbə gəldi

Mixail Qusman niyə qəzəbə gəldi


Görünür, Rusiyada Azərbaycanın haqq işini etiraf etmək də yasaqdır


Xəbər verildiyi kimi, Rusiyanın Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalisti Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Onun işdən çıxarılma səbəbi isə açıqlanmayıb.

Əlbəttə ki, Rusiya tərəfi buna aydınlıq gətirəcək müxtəlif "arqumentlər" sadalaya bilər və yəqin ki, sadalayacaq da. Amma həm Azərbaycan, həm də çox güman Rusiya ictimaiyyətinə yaxşı bəllidir ki, Mixail Qusmanın işdən çıxarılmasının kökündə nələr dayanır. Yəni səbəb hər kəsə aydındır. Bəs görəsən, Rusiya kimi dövlət üçün çox böyük xidmətləri olan tanınmış jurnalist və ictimai xadim nədən və kimin qəzəbinə tuş gəlib?!

Gəlin, öncə Mixail Qusmanın Rusiyadakı xidmətlərinə və fəaliyyətinə nəzər yetirək.

1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olan M.Qusman 25 ildən artıq Rusiyanın Dövlət İnformasiya Agentliyi olan TASS-da çalışıb. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Qusman həmçinin UNESCO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın UNESCO üzrə Komissiyasının üzvüdür.

Mixail Qusmanın TASS-ın inkişafında, beynəlxalq əlaqələrinin qurulmasında çox böyük xidmətləri var. Onun TASS-ın beynəlxalq əməkdaşlıq və ictimai əlaqələr sahəsində fəal iştirakı, Rusiyanın dövlət xəbər agentliyi kimi TASS-ın qlobal miqyasda nüfuzunun artmasına verdiyi töhfə ölkə rəhbərliyinə də bəllidir.

Rusiyanın informasiya siyasətində mühüm rol oynayan TASS kimi strateji əhəmiyyətli bir qurumda 25 ildən çox çalışması, Rusiyanın informasiya siyasətini dəstəkləməsi və ölkənin xarici siyasət narrativlərinin yayılmasında mühüm rol oynaması M.Qusmanın peşəsinə və tutduğu vəzifəsinə sədaqətinin göstəricisidir.

O, həmçinin "Rossiya 24" kanalında "Formula vlasti" proqramının aparıcısı kimi fəaliyyət göstərərək Rusiyanın xarici siyasətini və mədəni nailiyyətlərini geniş dünya auditoriyasına çatdırıb. Həmin veriliş çərçivəsində dünya liderləri ilə görüşüb, əlaqələr qurub, Rusiyanın imicini yüksəltmək üçün bütün mümkün vasitələrdən bacarıqla istifadə edib. Bu qlobal fəaliyyətinə görə Mixail Qusman Azərbaycan, İtaliya, Moldova, Belarus, Qazaxıstanın orden və medallarına layiq görülüb.

Mixail Qusman Rusiya-Azərbaycan arasında mədəni körpü rolu oynayan insanlardandır və ona Azərbaycanda həmişə hörmətlə yanaşılıb. Prezident İlham Əliyev M.Qusmanı iki ölkə arasında əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə "Şöhrət" (2005) və "Dostluq" (2010), 2020-ci ildə isə "Şərəf" ordenləri ilə təltif edib. Bütün bu xidmətlərin qarşısında Rusiya hökumətinin M.Qusmanı layiq olmadığı səviyyədə vəzifəsindən azad etməsi ən azından bu peşəkar jurnalistə və tanınmış ictimai xadimə qarşı ədalətsizlikdir.

Xatırladaq ki, həmin qərardan bir neçə gün əvvəl Mixail Qusman Xankəndidə keçirilən III Qlobal Şuşa Media Forumunda iştirak etmiş və dövlətimizin başçısından Prezident olaraq uğurlu xarici diplomatiyası, çoxvektorlu siyasəti, etibarlı tərəfdaşlığı, sözünə sadiq liderliyinin nədən qaynaqlandığını soruşmuş və bunun bir neçə təməl prinsiplərini sadalamasını xahiş etmişdi. Bir daha onun İlham Əliyevə ünvanladığı suala nəzər yetirək:

Mixail Qusman: "Siz yanvarın 20-də Ağ Evdə kimin olacağını dəqiq müəyyən etdiniz... Siz hətta Azərbaycanın ABŞ ilə, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür... Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.

Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun".

İlham Əliyev isə suala cavabında bildirmişdi ki, bütün bunlar onun Prezident vəzifəsində əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil: "Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq, inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli, belə olacaq".

Prezident həmçinin vurğulamışdı ki, obyektiv və dürüst olmalı, yalan danışmamalıyıq. Əsas prinsiplərdən biri isə ilk növbədə xalqa həqiqəti söyləməkdir. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada deyilən hər şey dərhal bütün dünyada rezonans doğurur.

Həqiqətən də, İlham Əliyevin forumda M.Qusmanın sualına verdiyi bu cavab dünyada böyük əks-sədaya səbəb oldu. Öncə İlham Əliyevin ABŞ lideri Donald Tramp barədə səsləndirdiyi fikirlərə diqqət edək: "Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".

Bu fikirlərdən dərhal sonra dünyanın ABŞ kimi dövlətinin lideri özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışının bir hissəsinin videosunu paylaşdı. Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-də onun seçilməsini istədiyini bildirmişdir. Qeyd etmişdir ki, Tramp müharibə başlatmayan, əksinə, müharibələri sonlandırmaq məqsədi güdən yeganə ABŞ Prezidentidir. Prezident İlham Əliyev Trampın daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki niyyətinə görə ona minnətdarlığını bildirmişdir. 

Bu paylaşım İlham Əliyevin, həqiqətən də, qlobal liderliyinin bariz təcəssümü idi. Beynəlxalq ictimaiyyət bu paylaşım fonunda İlham Əliyevin dünyanın sayılıb-seçilən liderlərindən biri olduğuna şahidlik etdi. Bu, həm də onu deməyə əsas verir ki, İlham Əliyevin dediyi kimi, sosial şəbəkələr dövründə yaşadığımız üçün Xankəndidən verilən mesaj dərhal ünvanına çatmışdır. 

Məhz bu reallıqlar, yəni doğruların, həqiqətlərin söyləndiyi forumdan dərhal sonra təcrübəli jurnalistin işdən çıxarılmasını bu gün Rusiyada hökm sürən siyasi reallığın göstəricisi kimi qəbul etməkdən savayı başqa yerə yozmaq mümkün deyil. Başqa sözlə, hazırda Rusiyada sadəcə internetdə axtarışa görə cinayət məsuliyyəti nəzərdə tutulursa, ölkədə söz azadlığı və jurnalist fəaliyyətinə münasibət bundan uzağa gedə bilməz. Bir də uzun illər Rusiyaya sədaqətlə xidmət edən tanınmış ziyalı və jurnalistə qarşı bu davranış digər belə şəxslər üçün dərs olmalıdır. Onlar da hər an fəaliyyətləri və sədaqətləri nəzərə alınmadan təqib və təzyiqə məruz qala, işdən qovula, sanksiyalara məruz qala bilərlər.

Mixail Qusmana olunan bu ədalətsizlik həm də Rusiyanın antisemitizm siyasətinin göstəricisidir. Rusiya cəmiyyətində və dövlətində artan şovinizm, miqrantlara və digər xalqlara qarşı ayrı-seçkilik şəraitində antisemitizm də güclənib. Bunun tarixi köklərini də göstərmək olar. Məsələn, XX əsrin əvvəllərində Rusiyada yəhudilərə qarşı olan "Qara yüzlər" ("Çernaə sotnə)" hərəkatı, tez-tez təkrarlanan yəhudi qırğınları və s. 

Bu gün Rusiya hökumətində Azərbaycana qarşı neqativ münasinət o səviyyədədir ki, adi bir suala görə tanınmış jurnalist cəzalandırılır. Azərbaycanla sıx əlaqələri olan M.Qusmanın işdən kənarlaşdırılmasını Rusiyanın Azərbaycana qarşı növbəti "reaksiya"larından biri saymaq olar. Amma Rusiyadan fərqli olaraq, Azərbaycan üçün sədaqət və etimad çox mühüm amildir. Mixail Qusman Rusiyada ədalətsizlik və hörmətsizliklə üzləşsə də, Azərbaycan onun vətənidir və bütün qapılarımız üzünə açıqdır.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!