24 Sentyabr 2023 10:30
1917
CƏMİYYƏT
A- A+
Milli parklarımız əvəzolunmaz təbiət inciləridir

Milli parklarımız əvəzolunmaz təbiət inciləridir

 

Yaşadıgımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu dünya, bu aləm təbiət  adlanır. Əslində, biz özümüz də təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. 
11 iqlim qurşağının 9 tipinin mövcud olduğu Azərbaycan təbiəti özünün cazibəsi ilə seçilir. Amma bəzən bu cazibə insan əli ilə məhv ola bilir. Ona görə də dövlət  təbiətin qorunmasına xüsusi diqqət yetirir, mühafizə rejimi ilə onu nəzarətdə saxlayır. Ekoloji vəziyyətin tənzimlənməsi üçün qəbul olunan qanunlar qoruqları  və parkları məhv olmaq təhlükəsindən xilas edir. Azərbaycanda 10 milli park, 11 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq, 24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyekt, 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və bu, ölkə ərazisinin 7 faizini təşkil edir. 
Biz bu yazıda Azərbaycanın milli parklarından söz açacaq, özündə  estetik, ekoloji və tarixi əhəmiyyətli nəsnələri birləşdirən ərazilərin faydasını qeyd etməyə çalışacağıq. Ölkədə ilk milli park Ulu Öndər Heydər Əliyevin 2003-cü il 16 iyun tarixli  sərəncamı ilə 12131 hektar sahədə  yaradılan Ordubad Milli Parkıdır. Akademik Həsən Əliyevin təşəbbüsü  ilə yaradıldığı üçün parka onun adı verilib. Bir neçə il sonra 2009-cu ilin noyabrında Prezident  İlham Əliyevin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Üstəlik də  Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. 
 Cəmi 9 ilə yaradılan Zəngəzur, Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ,  Qızılağac, Göygöl və Samur-Yalama milli parkları  310136, 5 hektarlıq ərazini əhatə etməklə, ölkə ərazisinin 3,58 faizini təşkil edir.  Ətraf mühitin qorunması məqsədi ilə yaradılan milli parklar bənzərsiz  təbii mənzərəsi, fərqli iqlimi, təmiz  havası  və suyu ilə seçilir.  Bu yerlərdə ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını da həyata keçirmək olar. Milli park dövlətin ən qiymətli ekoloji, tarixi və mədəni obyekti olduğu üçün burada  heyvanları  ovlamaq, meyvə toplamaq  qadağandır.  Flora və faunanın inkişafı üçün hər cür şərait yaradılmış  milli parkların ətrafında mühafizə olunan təbiət zonası yaradılır. 
Turizm və gəzinti üçün milli parkları ziyarət etmək insana olduqca zövq verir. Turistlərin milli parklara səfərləri insanla təbiət arasında vəhdət yaradır. Odur ki, Azərbaycanda bu istiqamətdə ardıcıl maarifləndirmə işi aparılır, internetdə  ana təbiətin foto və videoları paylaşılır.  Sosial şəbəkələr üzərindən  aparılan bu  cür paylaşımlar  ekoturizmin ən yaxşı təbliğidir. Çünki milli parklarımız əvəzolunmaz təbiət inciləridir, gözoxşayan gözəlliklərdir. İstər xarici qonaqlar, istərsə də yerli turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkarlıqdan zövq alır, həm də təbiətlə birbaşa təmas qurmuş olurlar ki,  bu da  ekoturistlərin sayının artmasını təmin edir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, bu ilin 8 ayında milli parklara minlərlə turist səfər edib.  Əsasən ilk üçlükdə yer alan Göygöl, Abşeron və Şahdağ milli parklarına səfər edən turistlərin ümumilikdə sayı  219 min nəfər olmuşdur.  Nazirliyin məlumatında  daha sonra bildirilir: "Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaşlar da olub. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. Yay mövsümünün bitməsinə baxmayaraq, qarşıda bizi qızılı-sarı payız mövsümü gözləyir. Bu fəsildə hər kəs müxtəlif bölgələrimizi əhatə edən, əsrarəngiz təbiəti ilə heyrətləndirən milli parklarımıza səfər edə, həftəsonlarını, istirahət günlərini təbiət qoynunda keçirə bilərlər".
Artıq qızılı payızın "ayaq səsləri" eşidilməyə başlayıb. Səyahət etməyi  sevən insanlar payız sevgisindən dolayı birgünlük, ikigünlük  turlara çıxırlar. Onlar getdikləri yerlərdə həm də milli parkları gəzir,  təbiət gözəlliklərini yaddaşlarına hopdurub geriyə xoş təəssüratlarla dönürlər. Bir neçə günlük səyahətin xoş aurasına hopan  payız sevinci həm  fiziki, həm də mənəvi baxımdan sağlamlıqdır. Tibb də təsdiq edir ki, səyahətlər xoşbəxtlik hormonlarını yüksəldir,  ruh halına  müsbət təsir göstərir,  stresi azaldır, düşüncəni aydınlaşdırır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir. Ana təbiətin  bir parçası olan insanın bu emosiyaları  xüsusilə Azərbaycandakı milli parkları gəzərkən birə beş artır.


Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!