29 Sentyabr 2023 00:12
545
PARLAMENT
A- A+

Milli Məclisin sədri: Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz

 

Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə səsləndirib.

Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri tərksilah edilir, onların ərazilərimizdən çıxarılması prosesi davam edir. Həmin silahlı qüvvələrin minlərlə silahı və hərbi texnikası var. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə onların ərazilərimizdən çıxarılmasının vacibliyi ilə bağlı çağırış edəndə haqlı idi.

Spiker Sahibə Qafarova Fransa parlamentinin rəhbərinə xatırladıb ki, Azərbaycan parlamentinin sədri kimi ona bu barədə bir neçə məktub göndərib. O, bu görüşdə də bir daha qeyd edib ki, Azərbaycan sülh və sabitlik istəyir.

Milli Məclisin sədri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı dialoq aparıldığını, qısa müddət ərzində Azərbaycan nümayəndələri ilə artıq Qarabağın erməni icmasının nümayəndələri arasında iki görüş keçirildiyini bildirib. Sahibə Qafarova deyib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Onların bütün hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində təmin ediləcək. Heç kim onları Qarabağdan getməyə məcbur etmir. Əgər kimsə getmək istəyirsə, bu, onun azad seçimidir və Azərbaycan onların hərəkət azadlığını və təhlükəsizliyini təmin edir.

Spiker Sahibə Qafarova görüşdə, həmçinin Azərbaycanın Qarabağın bu ərazisində infrastrukturun bərpasına başladığını, həmçinin sakinlərə ərzaq, dərman, yanacaq daxil olmaqla humanitar yardım göndərdiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın və Ağdam yolları ilə yardımlar apardığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video