16 Sentyabr 2022 19:29
1488
PARLAMENT
A- A+
Milli Məclisin komitə iclasında yeddi məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub  

Milli Məclisin komitə iclasında yeddi məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub  

 

Sentyabrın 16-da Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın əvvəlində son günlər Ermənistanın ölkəmizlə sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Ziyafət Əsgərov şəhid olan qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

Sonra komitə sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İlk olaraq müzakirəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı təqdim edilib. Z.Əsgərov hesabat dövründə komitədə keçirilən 13 iclasda baxılan məsələlərdən danışıb, qəbul olunan qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, hesabat dövründə komitəyə 125 ərizə və şikayət daxil olub, müraciətlərdə qaldırılan məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb, həmçinin aidiyyəti üzrə baxılması üçün müxtəlif ünvanlara 84 məktub göndərilib.

İclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Bildirilib ki, iş planına əsasən, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinə də qarşıdakı sessiyada baxılması nəzərdə tutulub.

Komitə üzvləri Elman Məmmədovun və Bəxtiyar Sadıqovun müzakirə olunan məsələlərlə bağlı fikirləri dinlənildikdən sonra komitənin əvvəlki sessiya dövründə gördüyü işlər barədə hesabatı qənaətbəxş hesab edilib, qarşıdakı sessiya üçün nəzərdə tutulmuş iş planı təsdiqlənib.

Sonra iclasda qanunvericiliyə edilən dəyişiklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihələrinin müzakirəsi başlayıb.

Qanun layihələrini təqdim edən Ziyafət Əsgərov bildirib ki, növbəti üç məsələ - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihələri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin olunması üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin olunmalıdır. Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.

Gündəliyin altıncı məsələsi - birinci oxunuşda olan “Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, sənəddə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təkmilləşdirmə xarakterli dəyişikliklər təklif olunub.

Gündəliyin sonuncu məsələsi isə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı olub. Bildirilib ki, 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan saziş preambula və 13 maddədən ibarətdir. Sazişin əsas məqsədi hərbi-texniki sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və tərəf dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Müzakirələrdə komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə, Aydın Mirzəzadə, Arzu Nağıyev, Elşad Mirbəşiroğlu çıxış edib, fikirlərini bildirib, qeydlərini və rəylərini səsləndiriblər. Qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasın sonunda deputatlar Azərbaycanın dövlət sərhədində Ermənistanın son təxribat hərəkətləri barədə fikirlərini bölüşüb, bu hərbi təxribatlara adekvat cavab verən Ordumuzun legitim hüququna kölgə salmağa və şəhidlərin əziz xatirəsini öz siyasi məqsədlərinə alət etməyə çalışanları qınayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!