22 May 2022 16:55
639
SİYASƏT
A- A+
Milli Məclis sədrinin müavini Adil Əliyev: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir  

Milli Məclis sədrinin müavini Adil Əliyev: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir  

Dövlətimizin başçısı İlham Əliyev Litva prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana səfəri zamanı verdiyi Bəyanatında və Azərbaycan-Litva biznes forumundakı çıxışında ikitərəfli münasibətlərlə yanaşı Avropa İttifaqı ilə münasibətlər, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, enerji təhlükəsizliyi, ticarət məsələləri də daxil olmaqla bir sıra önəmli mövzulara toxundu, ölkəmizin mövqeyini ifadə etdi, fikir və mülahizələrini səsləndirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

“Prezident İlham Əliyevin litvalı həmkarı ilə belə ciddi mövzularla bağlı bəyanatları ondan irəli gəlir ki, Litva digər Baltikyanı dövlətlər olan Estoniya və Latviya kimi Avropa İttifaqına aid platformalarda və birliyin işində fəal iştirak edir. Eləcə də, Avropa İttifaqında onların səsləri eşidilir, beynəlxalq məsələlərdə xüsusən də postsovet məkanı, o cümlədən Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərdə onların mövqeyi nəzərə alınır. Bu baxımdan Litva Azərbaycanın Avropa İttifaqındakı etibarlı tərəfdaşı və Avropa İttifaqına açılan bir pəncərədir. Hələ 2007-ci ildə Azərbaycanla Litva strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. 2020-ci ilin fevralında Litvanın milli qanunverici orqanı – Litva Seymi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib. Bu faktın özü də iki ölkə arasında münasibətlərin və əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini göstərir”, - deyə Adil Əliyev qeyd edib.

O bildirib ki, litvalı həmkarı ilə görüşdə Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin bağlanması mövzusunda fikirlərini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitən kimi Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasını, eləcə də sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləmişdir və hazırda da dəstəkləməkdədir. Müvafiq olaraq, Azərbaycan sülh sazişinin hazırlanması üçün beş prinsipdən ibarət təklif irəli sürmüşdür və həmin prinsiplər BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin beş prinsipi qəbul etməsi müsbət haldır və müəyyən nikbinlik yaradır. Amma digər tərəfdən Ermənistanın həmin mövqeyinə sadiq qalması və müvafiq mövqeyi praktik müstəviyə keçirib- keçirməyəcəyi tam aydın deyil. Sərhədlərin delimitasiyası ilə bağlı hər iki ölkənin işçi qruplarının yaradılması və aprelin sonuna qədər ilk görüşün keçirilməsi barədə razılıq əldə edilmişdi. Yeri gəlmişkən, bu razılıq Avropa Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 6 apreldə Brüsseldə keçirilmiş görüşündə əldə edilmişdi. Lakin Ermənistan razılaşdırılmış görüşü ləğv etdi və bu günə qədər görüşün keçirilməsindən yayınmaqdadır. Prezident İlham Əliyev tərəfindən litvalı həmkarının bu mövzuda ətraflı məlumatlandırılması həm də ona görə vacibdir ki, Gitanas Nauseda Bakıdan sonra İrəvana səfər edəcək və Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

Azərbaycan və Litva prezidentləri ikitərəfli gündəmə xüsusi önəm verdilər. Təsadüfi deyildir ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirildi. Burada da əsas məqsəd iki ölkə arasında ticarət, biznes və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, bu sahədə olan potensialın daha effektiv surətdə reallaşdırılmasıdır. Bu mövzudan bəhs edərkən Litva prezidenti bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb və bu artım Azərbaycandan Litvaya edilən ixracın həcminin artması hesabınadır. Litva prezidentinin bu qeydi Azərbaycanda aparılmış iqtisadi islahatların müsbət nəticələrindən, qeyri-neft sektorunun inkişafından xəbər verir və bizi sevindirməyə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!