24 Aprel 2024 08:55
598
Mədəniyyət
A- A+
Milli Kitabxanada Çingiz Aytmatovun elektron məlumat bazası hazırlanıb

Milli Kitabxanada Çingiz Aytmatovun elektron məlumat bazası hazırlanıb

 

Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm  Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.

HEYDƏR ƏLİYEV 

 

Müasir dövrdə  kitabxana proseslərinin elektronlaşdırılması və istifadəçilərə onlayn xidmətlər şəbəkəsinin gündən-günə genişləndirilməsi kitabxanaların informasiya əsrinin çağırışlarına fəal surətdə qoşulması və  istifadəçilərin informasiya tələbatının ödənilməsi ilə səciyyələnir. 
Son  onilliklər ərzində yeni informasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi nəticəsində Azərbaycan kitabxanaçılıq praktikasında hansısa vahid əlamətə görə birləşən sənədlərin, nəşrlərin bir kompüter şəbəkə məkanına toplanması, ayrı-ayrı hadisə və mövzulara dair, görkəmli şəxslərin əsərlərinin, onların həyat və yaradıcılığını əks etdirən nəşrlərin, audiovizual materialların elektron versiyalarının hazırlanması və tərtibi, bir başlıq, bəzən isə domen altında axtarış sistemi qurulması yolu ilə hasil edilən elektron məlumat bazalarının yaradılması geniş miqyas almışdır. İnformasiyanın təqdim edilməsinin bu metodu kitabxananın istifadəçilərinə onu maraqlandıran predmet (mövzu, istiqamət, hadisə, şəxs və s.) haqqında ən müxtəlif təqdimat formasında, sənəd tipində olan məlumatı bir ünvandan, məsələn, kitabxananın internet şəbəkəsindən və ya qlobal internet məkanından əldə etməyə imkan verir. Bir sıra hallarda mütəxəssislər belə məlumat bazalarını  yaradan zaman nəinki kitabxananın öz fondunda olan sənədlərdən, eləcə də digər kitabxanalarda olan materiallardan, internet resurslarından (təbii ki, müəlliflik hüququnun şərtləri nəzərə alınmaqla) istifadə edirlər. Elə elektron məlumat bazaları var ki, hazırlanıb istifadəyə verildikdən sonra da onun üzərində iş bitmir, predmetinə aid olan yeni sənədlər meydana gəldikcə bazanın müvafiq bölməsinə əlavə edilir, lazım gəldikdə, bazanın özünün strukturunda dəyişikliklər olunur.
Elektron məlumat bazalarında vizual materiallar, şəkillər, audio, video fayllar bazanın məqsədinə, təyinatına görə strukturlaşdırılır, düzülür, müəyyən tərtibat verilir, axtarış sistemi qurulur. Son on ildə Milli Kitabxanada bu metoddan geniş istifadə edilir. Kitabxanada yaradılmış ilk belə elektron məlumat bazası 2008-ci ildə hazırlanmış "Mir Cəlal irsi" adlı məlumat bazasıdır. O zamandan bəri kitabxanada bu istiqamətdə işlər geniş vüsət almış, metodika cilalanmış, təkmilləşmiş, zəngin təcrübə toplanmışdır. Az bir zaman ərzində Milli Kitabxanada yaradılmış "Heydər Əliyev -100", "Azərbaycanın Milli qəhrəmanları", "Aprel döyüşləri", "II Qarabağ müharibəsi", "Böyük Azərbaycan şairi Nizami Gəncəvi", "Üzeyir Hacıbəyli", "Qara Qarayev", "Zərifə xanım Əliyeva", "Mehriban xanım Əliyeva", "Şuşa", "Qədim yurd yerimiz Qərbi Azərbaycan"  və digər elektron məlumat bazaları  istifadəçilər üçün dəyərli mənbələrə çevrilmişdir. 
Hazırlanmış elektron məlumat bazaları Milli Kitabxananın https://www.millikitabxana.az/ saytının "E-məlumat bazası" bölməsində yerləşdirilmişdir (http://anl.az/el/emb/C.Aytmatov/index.html).    
Milli Kitabxanada son günlərdə hazırlanan yeni elektron məlumat bazası türk dünyasının böyük oğlu Çingiz Aytmatovun həyat və yaradıcılığının təbliğinə həsr olunub. Elektron məlumat bazasında Azərbaycan və Qırğız respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Çingiz Aytmatovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il  tarixli sərəncamı, Çingiz Aytmatovun həyat və fəaliyyətinin əsas tarixləri, Çingiz Aytmatovun görkəmli şəxslər haqqında fikirləri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Milli Məclisin Sədri Sahibə Qafarovanın, Xalq yazıçısı, AYB-nin sədri Anarın, akademik İsa Həbibbəylinin, akademik Nizami Çəfərovun, şair, publisist, jurnalist Şahmar Əkbərzadənin, Xalq yazıçısı, Azərbaycan dramaturqu və kinossenaristi İmran Qasımovun və digərlərinin fikirləri,  AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Əbədi Mogikan - Çingiz Aytmatov" adlı məqaləsi, Çingiz Aytmatov yaradıcılığının tədqiqatçısı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru  Mehman Həsənlinin əsərləri  və digər sənədlər təqdim olunur. Yazıçının kitabları, habelə  dövri mətbuatda dərc olunan əsərləri, haqqında yazılan kitab və məqalələr də məlumat bazasında tam mətnləri ilə yerləşdirilib. Yazıçıya təqdim olunan mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər də burada geniş təqdim olunur. 
Bazanın fotoqalereyasında görkəmli yazıçı Çınğız Aytmatovun fotoşəkilləri, ailə albomu və əmək fəaliyyətinə dair fotolar, videoqalereyasında isə yazıçı haqqında videomateriallar və əsərlərinə çəkilmiş filmlər yerləşdirilib.
Bazada təqdim olunan görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin böyük siyasətdəki yeri və xalqına xidmətləri haqqında Çingiz Aytmatovun fikirləri keşməkeşli bir epoxanın fonunda qüdrətli şəxsiyyət barəsində dərin mənalı ümumiləşdirmələr kimi səslənir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünya görüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir! Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir".
Ümummilli Lider Heydər Əliyev böyük yazıçı və ictimai xadim Çingiz Aytmatovun şəxsiyyətinə və xidmətlərinə yüksək qiymət vermişdir: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il sentyabrın 15-də Prezident sarayında Bakıda keçirilən Birinci Beynəlxalq  Kitab Festivalının iştirakçılarını qəbul edərkən görüşdə iştirak edən dünyaşöhrətli yazıçı, Qırğızıstanın Lüksemburqdakı səfiri Çingiz Aytmatov Azərbaycanın dövlət başçısının elm və mədəniyyətə yetirdiyi diqqəti yüksək qiymətləndirib, Bakıda  kitab festivalının keçirilməsini buna sübutlardan biri kimi vurğulayıb. O deyib: "Bizə çox xoşdur ki, Azərbaycan Prezidenti bizim üçün aktual olan məsələləri bizimlə bilavasitə müzakirə edir. Özü də iqtisadi, sosial problemlərlə, siyasətlə birlikdə".
Prezident İlham Əliyevin 25 fevral 2008-ci il tarixdə Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi türk dünyasının böyük söz ustadına müstəqil Azərbaycan dövlətinin yüksək münasibətini nəzərə çarpdırmışdır. Dövlət başçımız eyni zamanda Çingiz Aytmatovun xidmətlərini dəyərləndirərkən onun Azərbaycanla, Ulu Öndər Heydər Əliyevlə olan münasibətlərinin də mühüm faktor olduğunu nəzərə çatdırmışdır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, müstəqillik dövründə də... Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demişsiniz".
Müstəqil Azərbaycan dövlətinin rəhbərlərinin Çingiz Aytmatovun şəxsiyyətinə və yaradıcılığına bəslədikləri yüksək münasibət, ortaq türk ədəbiyyatına, mədəniyyətinə böyük bir dəyərin nümunəsidir.

 

Ədibə İSMAYILOVA,
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!