18 İyun 2025 15:30
527
CƏMİYYƏT
A- A+
"Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir  

"Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir  

Bakıda keçirilən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işini panel sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, birinci sessiyada təşkil olunan "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” adlı panel müzakirə Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyevin moderatorluğu ilə keçirilib.

Panel sessiyada "Hakim korpusunun komplektləşdirilməsi" mövzusunda çıxış edən Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov qeyd edib ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən 3 dəfə aşağıdır. Belə ki, ölkəmizdə bu rəqəm hazırda təxminən 6,3-dür, Avropada isə 17,6-dır.

Çingiz Əsgərovun sözlərinə görə, son 3 ildə 1600-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib, onlardan 210-u seçilərək yüksək hakim vəzifəsinə təyin olunub: "Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim nəticəsində cari ilin sonunda hakimlərimizin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur".

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu panel sessiyada "Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər" mövzusunda çıxış edib. O bildirib ki, milli qanunvericilik sistemləri qapalı sistem olmaqdan çıxıb: "Qlobal normalar və beynəlxalq qərarlar daxili hüquqda president kimi nəzərə alına bilər, biz bunlara uyğunlaşmalıyıq. Artıq məhkəmə sistemində beynəlxalq qərarlara referans edilir. Eyni zamanda, insan haqları müqavilələrinə, rəqəmsal və transmilli texnologiyalara, beynəlxalq miqrasiya hərəkəti proseslərinə, fərqli dil, mədəniyyət və məhkəmə sistemlərinə tərəfdaş olmalıyıq".

Sloveniya Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri Urska Kezmah "Sloveniyada məhkəmə idarəetməsində rəqəmsallaşma problemləri" mövzusunda çıxış edib. O bildirib ki, məhkəmə-hüquq sistemində rəqəmsallaşma prosesi daha da sürətləndirilməlidir: "Sloveniya rəqəmsallaşma sahəsində fəallıq nümayiş etdirib. Ölkədə rəqəmsallaşma baxımından son onilliklər ərzində vacib olan qanunvericilik bazası, elektron baza hazırlanıb. Eyni zamanda, kriminal prosedurların tətbiq olunması, həmçinin məhkəmə qərarının icrası baxımından kifayət qədər müvafiq texnologiyalar yaradılıb".

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidaakmatova "Məhkəmə inzibatçılığının gücləndirilməsində Məhkəmə-Hüquq Şurasının rolu" mövzusunda çıxış edib. O bildirib ki, Qırğız Respublikasında Hakimlər Şurası tərəfindən hakimlərin seçimi təşkil olunur: "Bizim ölkədə gələcəkdə Hakimlər Şurasının təşkil edilməsi hakimlərin qurultayı vasitəsilə həyata keçiriləcək. Konstitusiyaya əsasən, hakimlərin qurultayı təşkil olunur. Bundan başqa, respublikmızda hakimlərin sayının artırılması ilə əlaqədar qanun qəbul edilib".

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özərdağ "Qlobal təkmilləşdirmələr çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin yurisdiksiyasına dair ümumi yanaşma" mözvusunda çıxış edərək bildirib ki, bu cür konfranslarda iştirak ölkələr arasında əməkdaşlığı gücləndirir. "Ölkələrimiz bir-birlərinin hüquq sistemi haqqında məlumat əldə edir və təcrübələri paylaşır. Bu gün bir çox ölkənin məhkəmə-hüquq sistemi ilə bağlı məlumatlar əldə edirik. Biz də öz ölkəmiz haqqında müəyyən məlumatları təqdim edəcəyik. Bu bizim əməkdaşlığımız üçün əhəmiyyətli olacaq. Şimali Kipr hüququn aliliyinə əsaslanan demokratik hökumətlər bölgüsünə aiddir. Məhkəmə hakimiyyəti tərəfsiz və şəffafdır. Şimali Kiprin əsas məhkəmə sistemləri məhkəmələr və ali ədliyyə qurumlarıdır. Bunların səlahiyyətləri qanunvericilik və konstitusiya ilə müəyyən edilir. Ali ədliyyə qurumu 8 məhkəmə hakimi, prezidentin və məclisin təyin etdiyi üzvlər, Baş Prokurorluq və Vəkillər Kollegiyasınım seçmiş olduğu üzvlər daxil olmaqla, 12 nəfərdən ibarətdir", - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!