28 May 2023 03:10
1137
Nazirlər Kabineti
A- A+
“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın təsdiq edilməsi və “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarının ləğv edilməsi barədə

“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın təsdiq edilməsi və “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarının ləğv edilməsi barədə


№  165


Azərbaycan Respublikasının Nazirlər  Kabineti Qərar

 

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 467) ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri,  25  may  2023-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may

tarixli 165 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və

ixtisas dərəcəsinin verilməsi

 

QAYDALARI

 

  1. Ümumi müddəalar

 

    1.  Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin üçüncü hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) attestasiyasının keçirilməsi və məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisas dərəcəsinin verilməsi məsələlərini tənzimləyir.
    2.  “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq məhkəmə ekspertləri 5 (beş) ildə 1 (bir) dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 (iyirmi) ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
    3.  Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə-tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.
    4.  İxtisas dərəcəsinin verilməsində məqsəd ekspertin peşəkarlıq səviyyəsini təsdiq etmək və onu peşəkarlıq səviyyəsini artırmağa həvəsləndirməkdir.
    5.  Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – dövlət orqanları) yaratdığı ekspert-ixtisas komissiyaları (bundan sonra – komissiya) tərəfindən, özəl məhkəmə ekspertlərinin attestasiyası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən keçirilir.
    6.  Komissiyanın formalaşdırılması, fəaliyyətinin təşkili qaydası, habelə üzvlərinin səlahiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” ilə müəyyən olunur.

 

  1.  İxtisas dərəcəsi

 

    1.  Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə peşə hazırlığı, apardığı ekspertizaların keyfiyyəti və ekspert kimi iş stajı nəzərə alınmaqla üç ixtisas dərəcəsi verilir:
      1.  yüksək dərəcəli ekspert;
      2.  birinci dərəcəli ekspert;
      3.  ikinci dərəcəli ekspert.
    2.  Yüksək dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 15 (on beş) ildən çox iş stajı olan, məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri barədə geniş bilikləri olan, yüksək peşə hazırlığına malik, elmin müasir nailiyyətlərinə əsaslanan tədqiqat metodlarına yiyələnən, mürəkkəb və çoxobyektli ekspertizaları aparmağı bacaran, profilaktik və metodik işləri fəal yerinə yetirən ekspertə verilir.
    3.  Birinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 10 (on) il iş stajı olan, zəruri nəzəri və praktiki hazırlığa malik olan, ekspert ixtisası üzrə mövcud tədqiqat metodlarını mənimsəmiş və onları praktikada tətbiq edən, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertə verilir.
    4.  İkinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 5 (beş) il iş stajı olan, hazırlıqlı, ekspert ixtisası üzrə mövcud metodları ekspertiza tədqiqatları zamanı tətbiq etməyi bacaran, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertə verilir.

 

  1.  Attestasiyanın keçirilməsi qaydası

 

    1.  Attestasiyanın keçirilməsi müddətləri və cədvəli komissiya-nın sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına              ən geci 1 (bir) ay qalmış attestasiyadan keçməli olan məhkəmə ekspertinin nəzərinə çatdırılır.
    2.  Məhkəmə eksperti komissiyanın iclasının keçirilməsinə          15 (on beş) gün qalmış son 5 (beş) il ərzindəki fəaliyyətinə dair hesabatı komissiyaya təqdim edir.
    3.  Attestasiyadan keçməli olan hər bir məhkəmə ekspertinə komissiyanın iclasının keçirilməsinə 7 (yeddi) gün qalmış məlumat verilir.
    4.  Attestasiya hər bir məhkəmə eksperti ilə fərdi qaydada                30 (otuz) dəqiqəyədək aparılır.
    5.  Attestasiya zamanı məhkəmə ekspertinə 5 (beş) sual verilir.
    6.  Komissiyanın üzvləri tərəfindən məhkəmə ekspertinə ixtisasına, apardığı ekspertizalara, onların nəticələrinə aid, habelə məhkəmə ekspertinin bu Qaydaların 3.8-ci bəndində göstərilən xüsusiyyətlərini qiymətləndirmək üçün digər suallar verilir. Attestasiyadan keçirilən məhkəmə ekspertinə fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
    7.  Məhkəmə ekspertizası idarəsinin eksperti attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Bu halda komissiya attestasiyadan keçirilən məhkəmə ekspertinin fəaliyyəti haqqında onun bilavasitə rəhbərinin məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
    8.  İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə məhkəmə ekspertinin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
      1.  məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri sahəsində biliyi, ekspert tədqiqat metodlarını mənimsəmək qabiliyyəti, müvafiq ekspertizaları aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək, texniki avadanlıqlardan istifadə etmək bacarığı, profilaktik və metodik işləri yerinə yetirməsi səviyyəsi;
      2.  məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik sahəsində bilikləri, onları tətbiq etmək bacarığı, elmi-məntiqi təhlil aparmaq qabiliyyəti;
      3.  fikrini və rəyini sərbəst və hamıya aydın olan tərzdə ifadə etmək qabiliyyəti;
      4.  analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı;
      5.  etik davranış kodeksinin müddəalarına dair məlumatlılığı.
    9.  Attestasiya zamanı məhkəmə ekspertinin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 (beş) balla qiymətləndirilir və sonra komissiya üzvlərinin hər bir cavab üzrə verdiyi qiymətlər toplanılıb nəticənin iclasda iştirak edən komissiya üzvlərinin sayına bölünməsi yolu ilə həmin cavab üzrə orta bal müəyyən olunur. Attestasiyanın nəticəsi üzrə ən çox 25 (iyirmi beş) bal toplamaq mümkündür.
    10.  Məhkəmə ekspertizası idarəsinin eksperti yüksək dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 21 (iyirmi bir) və daha çox, birinci dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 19 (on doqquz) və daha çox, ikinci dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 17 (on yeddi) və daha çox bal toplamalıdır.
    11.  Məhkəmə eksperti şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi üçün 15 (on beş) və daha çox bal toplamalıdır. Məhkəmə eksperti attestasiya zamanı 15-dən az bal topladıqda, habelə üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir.
    12.  Komissiya attestasiyanın nəticəsi üzrə dövlət orqanının rəhbərinə aşağıdakı təqdimatlardan birini vermək haqqında qərar qəbul edir:
      1.  məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi barədə;
      2.  məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilmədiyi üçün məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsi barədə.
    13.  Məhkəmə ekspertizası idarəsinin eksperti barəsində bu Qaydaların 3.12.1-ci yarımbəndində nəzərdə tutulmuş qərarla yanaşı, həmçinin aşağıdakı təqdimatlardan birini vermək haqqında qərar qəbul edilir:
      1.  məhkəmə ekspertinə müvafiq ixtisas dərəcəsinin verilməsi barədə – məhkəmə eksperti müvafiq ixtisas dərəcəsinin verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal topladıqda;
      2.  məhkəmə ekspertinə ixtisas dərəcəsinin verilməsindən imtina edilməsi barədə – məhkəmə eksperti ixtisas dərəcəsinin (növbəti ixtisas dərəcəsinin) verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal toplamadıqda;
      3.  məhkəmə ekspertinin ixtisas dərəcəsinin aşağı salınması barədə – məhkəmə eksperti malik olduğu ixtisas dərəcəsindən daha aşağı ixtisas dərəcəsinin verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal topladıqda;
      4.  məhkəmə ekspertinə verilmiş ixtisas dərəcəsinin ləğv edilməsi barədə – ixtisas dərəcəsinə malik olan məhkəmə eksperti  17-dən az bal topladıqda.
    14.  Komissiyanın iclasının nəticəsi komissiyanın iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
    15.  Komissiyanın iclas protokolunda attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləndirmə balları, komissiyanın qərarı və digər məsələlər əks etdirilir (1 nömrəli əlavə).

 

  1.  Yekun müddəalar

 

    1.  Komissiyanın iclasının keçirildiyi gündən 3 (üç) iş günü müddətində komissiyanın iclas protokolu, onun əsasında tərtib edilmiş təqdimatla (təqdimatlarla) birgə dövlət orqanının rəhbərinə təqdim edilir.
    2.  Komissiyanın təqdimatı (təqdimatları) nəzərə alınmaqla, dövlət orqanının rəhbəri tərəfindən komissiyanın iclasının keçirildiyi gündən ən geci 5 (beş) iş günü müddətində məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi və ya həmin ixtisasa (ixtisaslara) uyğun hesab edilmədiyi üçün məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsi, habelə məhkəmə ekspertizası idarəsi ekspertinə ixtisas dərəcəsinin verilməsi və ya ona ixtisas dərəcəsinin verilməsindən imtina edilməsi, yaxud onun ixtisas dərəcəsinin aşağı salınması və ya ləğv edilməsi barədə qərar qəbul edilir.
    3.  Məhkəmə ekspertinə bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş qərar barədə məlumat onun qəbul edildiyi gündən  3 (üç) iş günü müddətində yazılı formada verilir.
    4.  Komissiyanın iclas protokolu və ona əlavə edilmiş sənədlər məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə həmin idarələrdə, özəl məhkəmə ekspertlərinə münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır.
    5.  İxtisas dərəcəsi verilən hər bir məhkəmə ekspertizası idarəsinin eksperti üçün komissiyanın katibi tərəfindən ixtisas dərəcəsi vərəqəsi doldurulur (2 nömrəli əlavə).
    6.  Məhkəmə ekspertizası idarələrinə başqa məhkəmə ekspertizası idarələrindən işə qəbul edilən ekspertlərə verilmiş ixtisas dərəcəsi saxlanılır və bu Qaydalara uyğun olaraq ixtisas dərəcəsi məsələsinə baxılarkən ekspert kimi əvvəlki iş stajı nəzərə alınır.
    7.  Məhkəmə eksperti attestasiyanın nəticələrindən inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.

 

 

 

 

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”na

 

                                                                               1 nömrəli əlavə

 

Ekspert-ixtisas komissiyasının iclas protokolu

 

        “______” _________  20_____ il                                              ___________ şəhəri

 

        İclasda iştirak etdilər:

____________________________________________________________

________________________________________________________________________________________________________________________

____________________________________________________________

____________________________________________________________

 

       Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:

____________________________________________________________                     

(məhkəmə ekspertinin soyadı, adı, atasının adı, vəzifəsi, ixtisası)

____________________________________________________________

____________________________________________________________

____________________________________________________________

(baxılan məsələlər ilə bağlı sənədlər)

məhkəmə ekspertinə aşağıdakı suallar verildi:

 

Komissiya üzvü: ___________ verdiyi sual:__________________________                                        

                               (soyadı, adı, atasının adı)

 

Məhkəmə ekspertinin cavabı: ____________________________________                                                                                                                        

                                                              (qısa məzmunu göstərilir)

___________________________________________________________________

 

Yekun qiymətləndirmə balı:  ____________________

Ekspert-ixtisas komissiyası qərara alır:

________________________________________________________________________________________________________________________

Ekspert-ixtisas komissiyasının

sədri: _____________________________________________________

Ekspert-ixtisas komissiyasının

üzvləri: _____________________________________________________

Ekspert-ixtisas komissiyasının

katibi: _____________________________________________________

 

“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”na

 

                      2 nömrəli əlavə

 

İxtisas dərəcəsi vərəqəsi

 

 

 

Soyadı, adı, atasının adı

______________________________________

______________________________________

 

Doğulduğu il ___________________________

 

Təhsili  _______________________________

 

 

Elmi dərəcəsi  __________________________

 

Vəzifəsi _______________________________

 

Ekspertiza idarəsində iş stajı ______________

 

Ekspert-ixtisas komissiyasının “_____” ______ 20_____ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “___” _______ 20__ il tarixli ___ №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “_____” ________ 20___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “___” ________ 20__ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “_____” _______ 20 __ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “____” 20____ il tarixli “____” №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.

 

Ekspert-ixtisas komissiyasının “_____” _______ 20 ___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “____” _______ 20 ___ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi aşağı salınmışdır.

 

Ekspert-ixtisas komissiyasının “____” ________ 20 ___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “_____” ________ 20__ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi ləğv edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!