13 May 2025 08:20
591
SİYASƏT
A- A+
Mayası ikili standartlardan yoğrulmuş təsisat

Mayası ikili standartlardan yoğrulmuş təsisat


"Mayası ikili standartlardan yoğrulmuş AŞPA Azərbaycana qarşı bu "standart"ları tətbiq etməkdən yorulmur. Bu usanmazlığın növbəti təzahürüdür ki, sözügedən təsisat Azərbaycana qarşı davamlı qərəzçilik mövqeyi sərgiləyir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, bu günü analiz etməmişdən əvvəl çox uzağa da getmədən COP29 ərəfəsini xatırlamaq kifayətdir. Bu önəmli tədbir ərəfəsində də bütövlükdə səs-səsə, avaz-avaza verilərək Qərb təsisatları tərəfindən Azərbaycan əleyhinə silsilə məqalələr yazıldı, böhtan xarakterli fikirlər səsləndirildi. "Məsələn, Avropa Parlamenti Natali Loiseau tərəfindən irəli sürülən "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı böhtan xarakterli qətnaməni Azərbaycana qarşı qəbul etməklə dünya ermənilərinin mənafeyinə oynanıldı. Hətta Natali bildirirdi ki, o, Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətini Azərbaycanla bağlı COP29 ərəfəsində onlara təqdim etdiyi qətnamənin lehinə səs verməyə inandırmaqdan qürur duyur. Qürurun səbəbinə baxın. Azərbaycan deyir dünya birliyi olaraq bəşəriyyətin ümumi problemlərinə qarşı birlikdə mübarizə aparaq, regionda sülh olsun, bölgə xalqları rifah içində yaşasın, bu "siyasətçi"lər nifaq salır, ikitərəflilik yaradırlar. Onu da nəzərə alaq ki, bu qadın Ermənistan ərazisinə Aİ-nin genişləndirilmiş missiyasının göndərilməsini də fəal şəkildə müdafiə edirdi", - deyə deputat əlavə edib. 

O, Avropa diplomatiyasının keçmiş rəhbəri Cozep Boreli də xatırladıb. Borel canfəşanlıqla "münaqişələrin güc yolu ilə həllinin qadağan edilməsi ilə bağlı" təxribat xarakterli bəyanatlarını dövriyyəyə cəlb etmək üçün müxtəlif kürsülərdən, siyasi kluarlardan hər fürsətdə istifadə edirdi. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O'Flaherti "Azərbaycan: hakimiyyət həbsdə olan hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını azad etməlidir" başlıqlı reallıqdan tamamilə uzaq, absurd müraciət ünvanlamışdı. 

A.Badamov vurğulayıb ki, AŞPA ilə münasibətlərdə yaranan dərin böhran və qırılan iplər məhz Frank Şvabenin "əməyi"nin nəticəsidir: "Şvabe münasibətləri yenə gərginləşdirmək yolunu tutaraq Azərbaycanda şəffaf seçkinin, real müxalifətin olmadığından, demokratiyanın yoxluğundan "bəhs edir". Cənab Şvabe unutmamalıdır ki, müxalifət deyərkən öz fikirlərindəki şəxsləri nəzərdə tutursa, reallıq sizə sosial bazası olmayan kəsləri göstərəcək. O kəsləri ki, Azərbaycan cəmiyyəti birmənalı qaydada əlinin tərsi ilə geri çevirib. Azərbaycana barmaq sallamaqla nəyəsə nail olmaq alınmayacaq. Münasibətlərin normal məcraya dönməsinin yolu ikili standartları dayandırmaqdan, bütün ali qanunları Azərbaycana da eynilə tətbiq etməkdən keçir".

Deputat qeyd edib ki, bu təsisatlar dildə insan faktorunun önəmini qabartsalar da, siyasətləri kimi əməlləri də nəinki Azərbaycana qarşıdır, dünya xalqları üçün də zəhər saçırlar. Belə ki, ötən il yayınlanmış bir hesabatda Avropanın çox təhlükəli hesab edilən məhsulları bütün dünyaya necə satdığı tənqid olunurdu. Bildirilirdi ki, "Amnesty International Greenpeace" 100-dən çox qeyri-hökumət təşkilatına qoşulur və Avropa İttifaqını AB-dəki şirkətlərə Avropada qadağan olunmuş məhsulların dünyanın digər hissələrinə ixracını qadağan etməyə, insanlara, ətraf mühitə daha çox zərər vurmağı dayandırmağa çağırır. Aİ-də qadağan edilmiş müşahidə və digər zərərli texnologiyaların ixracına icazə verilməsi, bir tərəfdən Aİ-ni "təhlükəsiz, etibarlı və etik Süni İntellektin" təşviqində qlobal lider kimi təqdim edən, digər tərəfdən isə Aİ şirkətlərinin dünyanın qalan hissəsinə Aİ sistemlərini satmasını dayandırmaqdan imtina edən Aİ qanunvericiləri tərəfindən açıq-aşkar ikili standartdır. Bunu biz yox, özləri deyir. Deməli, ikili standartlar bu təsisatların canına hopub. 

A.Badamov bildirib ki, Azərbaycan otuz ilə yaxın zaman çərçivəsində qaçqın və məcburi köçkün problemindən əziyyət çəkəndə fəaliyyətinin ana xəttini insan haqları üzərində quran AŞPA bir milyon insanı necə görməzdən gələ bilib? Onlar rahat yolu tutaraq, bu insanlıq dramına məhəl qoymamağı seçdilər. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən kimi bizi dərhal "etnik təmizləmə" aparmaqda ittiham edirlər. Bir amilin üzərində hər zaman dayanmalıyıq ki, Azərbaycan beynəlxalq hüququn bir bəndini belə pozmadan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycana gələndə bu təsisatlar çox yox, ikicə anlayışı obyektivlik və reallıqdan uzaq məfhumlarını sanki beyinlərindən silirlər. Halbuki AŞPA siyasiləşmədən uzaq durmalıdır. Təəssüf ki, AŞPA hər keçən gün öz ideallarından bir addım daha uzaq düşür. İmkan yaranan kimi Azərbaycana qarşı növbəti, bitib-tükənməyən siyasi avantüranın həyata keçirilməsi düyməsinə basılır. Ünvanlarını ədalətin ünvanı deyə müəyyənləşdirsələr də, əslində, AŞPA-nı lobbi qruplarının kiçik məntəqəsinə çevirməklə təsisatı cılızlaşdırırlar.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!