17 Fevral 2025 16:24
523
DÜNYA
A- A+
Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb


Londonda Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatları təqdim olunub. Mərasim “Royal Fest Hall”da baş tutub. BAFTA mükafatlarını çox vaxt Oskar ərəfəsində məşq adlandırırlar.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, BAFTA-nın əsas, ən yaxşı film mükafatı Roma Papasının seçilməsindən bəhs edən “The Conclave” triller filminə verilib. Bu ekran əsərindən əlavə, “Ən yaxşı film” nominasiyasında “Anora”, “The Brutalist”, “The Perfect Stranger” və “Emilia Perez” filmləri də namizəd olub.

Rejissorluq mükafatı Holokostdan sağ çıxan memar haqqında üçsaatlıq epik dram olan “The Brutalist”in quruluşunu verən Bredi Korbetə təqdim olunub. Kateqoriyada digər namizədlər arasında Şon Beyker (“Anora”), Edvard Berger (“The Conclave”), Denis Vilnev (“Dune”), Jak Audiard (“Emilia Perez”) və Korali Farjat (“Substantion”) var idi. Amerikalı aktrisa Mayki Medison “Anora” filmindəki roluna görə ən yaxşı aktrisa seçilib. Ən yaxşı aktyor nominasiyasının qalibi Holokostdan ABŞ-a qaçan qondarma macar memar Laszlo Totdan bəhs edən “The Brutalist” filmində baş rolu ifa edən Adrien Brodi olub.

Qeyri-ingilis dilində ən yaxşı film rejissor Jak Audiardın “Emilia Perez” kriminal komediya musiqili filmi elan olunub.

Britaniyalı rejissor Frans Bemin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından bəhs edən, ukraynalı aktyor Aleksandr Rudinskinin rol aldığı “Daş, kağız, qayçı” qısametrajlı filmi “Ən yaxşı Britaniya qısametrajlı filmi” nominasiyasında mükafata layiq görülüb.

Qeyd edək ki, builki Oskar mükafatları martın 3-də təqdim ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!