Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: Təmir işlərinin icra qrafiki və ən aşağı qiymət təklifi.
Malgöndərənlər (podratçılar) qeyd olunan məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 200 manatdır.
Təşkilat: “Azərsu” ASC
VÖEN: 9900001751
Bank: “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK: AİİBAZ2X
H/h: AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 yanvar 2021-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 08 fevral 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 09 fevral 2021-ci il saat 18:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.
Tender komissiyası