06 İyun 2025 08:05
3889
SİYASƏT
A- A+
Laçın Zirvəsi - şanlı tariximizin qürur səhifəsi

Laçın Zirvəsi - şanlı tariximizin qürur səhifəsi


Ölkəmizin siyasi həyatındakı reallıqlar son dərəcə qürurvericidir. Yurdumuzun qeyrət qalası Laçında baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Qafqazda yeni bir eranın başlandığı anonsunu verdi. 

Bu tarixi görüşün məntiqi yekununu bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, Azərbaycanın böyük qurbanlar, müdrik siyasət, uğurlu beynəlxalq diplomatiya sayəsində qazandığı dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, əbədidir.

Ulu Öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə söylədiyi fikirlər həyatımızın bütün sahələri və istiqamətlərində, Prezident İlham Əliyevin siyasi varislik missiyasına yenilməz sədaqətində parlaq təcəssüm edir. Yaradıcılıqla həyata keçirilən qalib siyasi kurs sayəsində Azərbaycan dünyaya günəş kimi doğmaqdadır. Sosial-iqtisadi sahədə qazandığımız uğurlar, 30 illik işğala son qoyub çaldığımız Zəfər, zirvələrdə dalğalanan bayrağımız dostlara qürur verir, artan gücümüzü, qüdrətimizi dünyaya nümayiş etdirir.

Mayın 28-də - Müstəqillik Günündə Laçında keçirilən unudulmaz tarixi görüşün yaratdığı xoş ovqat hələ çox illər yaddaşlarda yaşayacaq, söhbətlərin qürurlu mövzusu olacaq. Tarixin sınaqlarından çıxmış, çətin məqamlarda bir-birinə təmənnasız dost əli uzatmış üç qardaş dövlətin liderləri Laçında bir araya gəldikləri gün səmasında qartallar süzən Laçın çox məğrur idi.

Baharın bu oğlan çağında sanki təbiət də alqışlayırdı həmin təntənəni. Həkərinin suları göz yaşı kimi durulmuşdu, durnagözlü bulaqlar duyduqlarına sevinib şirin-şirin zümzümə edirdilər. Nərgiz, bənövşə, qaymaqçiçəyi dağ mehinin təsiri ilə titrəyir, sanki bu büsata əl çalırdı. Ən başlıcası isə bayram təntənəsinə toplaşan amalı, niyyəti dostluq, qardaşlıq, əməkdaşlıq olan insanların odlu ürəkləri hərarət qatmışdı bu tarixi görüşə.

Azərbaycanın ən əziz və müqəddəs bayramını - 28 May - Müstəqillik Gününü öz qardaşları, dostları ilə birlikdə Laçında qeyd etməsi bir təsadüf deyildi. Bu, Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış siyasi, iqtisadi və ideoloji bir layihəsi idi. 30 il erməni faşistlərinin işğalı altında qalan Laçın da digər ərazilər kimi odlara qalanıb viran qoyulmuşdu. 44 günlük savaşda düşməni darmadağın edib Qarabağdan, Şərqi Zəngəzurdan qovduq. Beləcə Laçın da azadlığa qovuşdu. Müqəddəs savaşda siyasi dəstəyini əsirgəməyən dostlar müharibənin xarabalıqları üzərində yeni kəndlərin, şəhərlərin bərpa edilməsinə, yolların, körpülərin tikilib-qurulmasına, müasir infrastrukturun yaradılmasına da biganə qalmadılar, xalqımızla birgə sevindilər, qürur duydular. Türkiyəli, pakistanlı qardaş və dostlarımız hələ də barıt qoxusu gələn, şəhid qanı tökülən bu yerlərdə görülən möhtəşəm tikinti-quruculuq, bərpa-abadlıq işlərindən məmnunluqlarını hər məqamda könül xoşluğu ilə büruzə verirlər. Bu hissləri liderlər yeni istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanına enəndə daha çox sezdik.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı tədbir iştirakçılarını bayram ovqatına köklədi: "Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.

Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

O tarixi görüşün hər məqamı qürurvericidir. Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycana sonsuz sevgi və sayğısını həmişə olduğu kimi, yenə də şeirlə ifadə etdi. Əlini ürəyinin üstünə qoyub xalqımızın sevimli şairi S.Vurğunun "Azərbaycan" şeirini məhəbbətlə səsləndirdi:


El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Anam doğma vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan...


Sözünə davam edən Cümhurbaşqanı qeyd etdi ki, qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik: "Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm".

Zirvə görüşündə səslənən fikirlər dostluğumuzun, qardaşlığımızın əbədi olacağından, aylar, illər keçdikcə daha da möhkəmlənəcəyindən soraq verir, tədbirin nikbin notlarına yeni stimullar qatırdı. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışındakı fikirlər də Zirvə görüşünün ovqatı ilə həmahəng idi: "Əziz qardaşlarım, son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar....

....Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq".

Qarabağ Zəfərindən sonra yeni bir Azərbaycan doğuldu - daha güclü, daha qüdrətli, arxalı, etibarlı dostu, qardaşı olan Azərbaycan! İşğal dövründə çox şey itirdik. Kəndlərimiz, şəhərlərimiz odlara qalanıb xarabaya çevrildi, minlərlə şəhid verdik, isti ocağından, doğma ev-eşiyindən perik salınan soydaşlarımız öz vətənində məcburi köçkünə çevrildi. Onlar çadır düşərgələrində, yük vaqonlarında, torpaq daxmalarda məhrumiyyətlər yaşamağa məhkum edildilər. Ağrı-acı dolu illərdə itirdiklərimizi sadalasaq, böyük bir siyahı alınar. Amma qəlbimizin dərinliyində kök atan inam fidanlarını qurumağa qoymadıq, kövrək ümid qığılcımlarının sönməsinə, qaralmasına imkan vermədik.

Azadlıq təşnəsi bütöv bir xalq 30 il Zəfər adlı bir müjdə gözlədi. Üzləşdiyi hər əzaba, çəkilməz ağrı-acıya tablaşdı, təki Vətən yaşasın deyə özünə təsəlli verən anaların dünyaya gətirdiyi qəhrəman oğullar öz müqəddəs qanları, şirin canları bahasına sevimli xalqına, doğma millətinə Qələbə şərbəti içirdilər. Azğın düşmən diz çökdürüldü, təslim aktına imza atmağa məcbur edildi. Xalq-Prezident-Ordu vəhdətinin yenilməzliyi hesabına qalib və bütöv Azərbaycan bərqərar oldu. Cəmi 44 gün ərzində 30 ilin işğalına qəhrəmanlıqla son qoyan qüdrətli Azərbaycan! Zəfər günəşi ana yurdun bütün yaxın-uzaq bölgələrini nura qərq etdi, ilin bütün fəsillərini vətəndə qış qürbəti yaşayan könüllərdə isti ocaq qaladı.

İllərdən bəri həsrətlə gözlədiyimiz bu tarixi Zəfərin baş memarı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Onun "atəş" əmrini cəsarətlə icra edən, düşməndən layiqli qisas alan əsgər övladlarımızın qəhrəmanlıqları isə dillərdə dastandır.

Dağlarda üç dost, üç qardaş görüşdü. Birlik, əməkdaşlıq yolunda yeni addımlar atıldı. Azərbaycanın qeyrət qalası Laçın doğmalıqla qucaq açdı saf niyyətli, xoş məramlı qardaşlara. Laçın Zirvəsi Azərbaycan diplomatiyasının qürurverici uğuru kimi şanlı tariximizin heç zaman unudulmayacaq bir qürur səhifəsinə çevrildi, yaddaşlara həkk oldu.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!