15 Aprel 2025 00:49
1632
Qanunlar
A- A+
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambula üzrə:

1.1. birinci abzasda "orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra - qurum)" sözləri "və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra - orqanlar (qurumlar)" sözləri ilə əvəz edilsin;

1.2. ikinci abzasda "dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara" sözləri "orqanlara (qurumlara)" sözləri ilə, "dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa" sözləri "orqanlarda (qurumlarda) qulluğa (işə)" sözləri ilə əvəz edilsin.

2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:


"Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi;

1.1.2. korrupsiya riski - korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsi ehtimalı; 

1.1.3. korrupsiya risklərinin idarə edilməsi - korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görülməsi;

1.1.4. səlahiyyətli struktur bölmə (şəxs) - korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs.".

3.  2.1.7-1-ci maddədə "qurumların" sözü "orqanların (qurumların)" sözləri ilə, "qurumlarda" sözü "orqanlarda (qurumlarda)" sözləri ilə əvəz edilsin.

4. 4.1-ci maddənin birinci cümləsində "dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar" sözləri "orqanlar (qurumlar)" sözləri ilə əvəz edilsin.

5. 7.3-cü maddədə ", idarə, müəssisə və təşkilatlarda" sözləri "(qurumlarda)" sözü ilə əvəz edilsin.

6. 8-ci maddə üzrə:

6.1. 8.2-ci maddənin ikinci cümləsində "dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma" sözləri "orqana (quruma)" sözləri ilə əvəz edilsin;

6.2.  8.3-cü maddədə "birbaşa rəhbərinin" sözləri "səlahiyyətli struktur bölmənin (şəxsin)" sözləri ilə əvəz edilsin;

6.3. 8.5-ci maddənin ikinci cümləsində "birbaşa rəhbərinə" sözləri "səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə, "dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma" sözləri "orqana (quruma)" sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:


"Maddə 8-1. Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi

8-1.1. Orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.

8-1.2. Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.

8-1.3. Korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərə alınır: 

8-1.3.1. hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;

8-1.3.2. korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmaların nəticələri; 

8-1.3.3. mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar; 

8-1.3.4. orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar; 

8-1.3.5. dövlət maliyyə nəzarəti tədbirlərinin, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin, yaxud məcburi və ya könüllü auditin nəticələri;

8-1.3.6. orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait yaradan hallar; 

8-1.3.7. orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlı müvafiq qərarlar.

8-1.4. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.

8-1.5. Komissiya bu Qanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

8-1.6. Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi  qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.". 

8.  9.3.4-cü, 9.3.10-cu və 9.3.11-ci maddələrdə "dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların" sözləri "orqanların (qurumların)" sözləri ilə əvəz edilsin.

9.  11-1-ci maddə üzrə:

9.1. aşağıdakı məzmunda 11-1.1-1-ci maddə əlavə edilsin:

"11-1.1-1. Orqanların (qurumların) rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməli, işçilərin və iş görən və ya xidmət göstərən digər şəxslərin (bundan sonra - işçilərin) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.";

9.2. 11-1.2-ci və 11-1.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"11-1.2. Orqanların (qurumların) rəhbərləri həmin orqanın (qurumun) strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edirlər.

11-1.3. Orqanlarda (qurumlarda) çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə (şəxsə) verə bilərlər. Səlahiyyətli struktur bölmə (şəxs) öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə (şəxs) işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Səlahiyyətli struktur bölmə (şəxs) orqanların (qurumların) rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.";

9.3. 11-1.4-cü maddəyə və 11-1.5-ci maddənin birinci cümləsinə "bölmə" sözündən sonra "(şəxs)" sözü əlavə edilsin;

9.4. 11-1.7-ci maddə üzrə:

9.4.1. birinci cümləyə "bölmə" sözündən sonra "(şəxs)" sözü əlavə edilsin və həmin cümlədə "idarə, müəssisə və ya təşkilatın" sözləri "orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

9.4.2. ikinci cümlədə "İdarə, müəssisə və ya təşkilatın" sözləri "Orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

9.5. 11-1.8-ci maddənin birinci cümləsində hər iki halda "idarə, müəssisə və ya təşkilatın" sözləri "orqanın (qurumun)" sözləri ilə əvəz edilsin.

10. 11-2-ci maddə üzrə:

10.1. 11-2.1-ci maddənin birinci cümləsində ", idarə, müəssisə və ya təşkilatın" sözləri "(şəxs), orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

10.2. 11-2.2-ci maddədə "qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur" sözləri "qadağandır" sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin: 

"Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.";

10.3. aşağıdakı məzmunda 11-2.2-1-ci və 11-2.2-2-ci maddələr əlavə edilsin:

"11-2.2-1. Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində bu Qanunun 11-2.2-ci maddəsinin tələblərinə riayət olunmasını təmin edir və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur. 

11-2.2-2. Bu Qanunun 11-2.2-ci maddəsində nəzərdə tutulmuş tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.";

10.4. 11-2.4-cü maddə ləğv edilsin;

10.5. 11-2.5-ci maddədə "İdarə, müəssisə və ya təşkilatlar" sözləri "Orqanlar (qurumlar)" sözləri ilə əvəz edilsin və həmin maddəyə "bölmə" sözündən sonra "(şəxs)" sözü əlavə edilsin.

11. 12.1-ci maddənin ikinci cümləsində "dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların" sözləri "orqanların (qurumların)" sözləri ilə əvəz edilsin.

12. 13-cü maddədə "dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar" sözləri "orqanlar (qurumlar)" sözləri ilə əvəz edilsin.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 mart 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!