01 Mart 2024 08:55
1105
CƏMİYYƏT
A- A+
Könüllülərimizin Azərbaycanın inkişafına töhfələri

Könüllülərimizin Azərbaycanın inkişafına töhfələri

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Dövlət başçısının bununla bağlı tövsiyəsi əsasında əksər dövlət qurumları yanında könüllülər hərəkatı yaradılıb.
2009-cu ildə "Könüllü fəaliyyəti haqqında" qanunun qəbul edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında xüsusi rol oynadı. Qanuna əsasən, könüllü fəaliyyəti əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması,  hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği üzrə həyata keçirilir. Həmçinin ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, idmanın inkişafı, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi kimi sahələr qanunda öz əksini tapıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edildi. Sərəncamda bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımların atıldığı, normativ hüquqi bazanın təkmilləşdirildiyi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığı bildirilib: "Könüllülük bir çox fəaliyyət sahəsinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. "ASAN Könüllüləri", "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə Könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır".
Ötən illər ərzində ölkəmizdə könüllü təşkilatlarının sayı artıb, əhatə dairəsi genişlənib. Hazırda bu proses davam etməkdədir.
Respublikamızda "Gənc Könüllülər", "ASAN Könüllüləri", "RİİB Könüllüləri", "BİR" Tələbə Könüllüləri, "Aqrar İnkişaf Könüllüləri", "KOB Könüllüləri", "Miqrasiya Könüllüləri", "Ədliyyə Könüllüləri" və başqa  qurumlarda müxtəlif könüllü təşkilatlarının fəaliyyəti uğurlu olub.
Bu il ölkəmizin həyatında mühüm hadisəyə çevrilən növbədənkənar prezident seçkilərinin baş tutmasında da könüllülərin fəaliyyəti təqdirəlayiq oldu. "Gəncin səsi, Gələcəyin səsi!" şüarı ilə reallaşan səfərlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirildi. Ötən ilin 28 dekabr tarixindən start verilən səyyar görüşlər ölkəmizin bir çox bölgəsini əhatə etdi. Maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşlər ilk olaraq Şirvan, Sabirabad və Şamaxıda baş tutdu. Seçki könüllüləri daha sonra respublikamızın Ağdaş, Ağcabədi, Mingəçevir, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax, Lənkəran, Culfa, Şahbuz, Şəki, Ordubad, Qəbələ, İsmayıllı və digər yerlərində oldular. Keçirilən görüşlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək region gənclərinə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı məlumat vermək və bütün gəncləri seçkidə fəal iştiraka səsləmək idi. Gənclərlə görüş zamanı maarifləndirmə sessiyaları ilə yanaşı, rəqəmsal texnologiya barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edildi. 
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi qürur verən tariximizdir. Bu tarixi yazanlar arasında könüllü gənclərimizin müstəsna yeri oldu. Prezident İlham Əliyev Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunun iştirakçılarına təbrik məktubunda qeyd etdiyi kimi, minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir: "Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız". 
Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərimiz onlara bəslənən ümidləri yenə də doğruldurlar. Onlar bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işlərində də fəaldırlar. Könüllü gənclərimizin Böyük qayıdışa öz töhfələrini vermələri üçün onlara imkan və şərait yaradılıb. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərinin, Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Qayıdış Könüllüləri" Proqramının əsas məqsədi işğaldan azad olunmuş rayon və şəhərlərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin ərazilərdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, həmçinin bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etməkdir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:38
03 Dekabr

“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb  

15:34
03 Dekabr

Elektrik enerjisi üzrə əhali və qeyri-əhali qruplarının göstəriciləri açıqlanıb  

15:33
03 Dekabr

Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb  

15:32
03 Dekabr

Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək  

15:15
03 Dekabr

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışıb

14:45
03 Dekabr

Ceyhun Bayramov: COP29 çərçivəsində əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizədə vacib dönüş nöqtəsidir  

14:44
03 Dekabr

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:41
03 Dekabr

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:21
03 Dekabr

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib  

13:20
03 Dekabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

13:19
03 Dekabr

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib  

13:12
03 Dekabr

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

13:11
03 Dekabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib  

13:10
03 Dekabr

Sumqayıtda yaşayış binasındakı partlayış zamanı xəsarət alan 6 nəfər tibb müəssisələrinə təxliyə olunub  

12:49
03 Dekabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib  

12:48
03 Dekabr

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB

11:49
03 Dekabr

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:06
03 Dekabr

Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

11:01
03 Dekabr

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

10:54
03 Dekabr

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır  

10:49
03 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!