14 Fevral 2021 00:14
1029
SİYASƏT
A- A+
“Karlaq” İslah Əmək Düşərgəsi

“Karlaq” İslah Əmək Düşərgəsi

 

90 il bundan əvvəl 1931-ci ilin 19 dekabrında Qazaxıstanın qarlı-tufanlı səhralarında islah əmək düşərgələri yaradılmağa başlandı. Qısaldılmış adı “Karlaq” oldu, yəni Karaqanda düşərgəsi. Sonralar bu sıralamalara başqa düşərgə adları da əlavə edildi. Karaqanda düşərgəsi ölkəmizin qanlı repressiya tarixində xüsusi yer tutur. XDİK-nin dəyirman daşı heç kəsə məhəl qoymur, Stalinin silahdaşları Beriya və Levon Mirzəyan həmin düşərgələrdə amansız aksiyalara qərar verir, ürəklərindən keçən işgəncələri məhbuslar (çoxları günahsız idi) üzərində həyata keçirirdilər.

Levon Mirzəyan repressiyanın ilk illərində fərmanı Almatı şəhərindən yazırdı. Həmin dövrün tədqiqatçıları deyirlər ki, onun Stalinə göndərdiyi məlumatlar yoxlanılmadan icra olunurdu. Bu düşərgələrin yaradılmasında Levon Mirzəyanın rolu əvəzsiz idi. 1931-ci il dekabrın 19-u Qazaxıstanın Karaqanda əyalətinin Dolinka kəndində düşərgə üçün 120 min hektar əkinə və 41 min hektar biçinə yararlı sahə ayrıldı. 1940-cı ilə qədər isə bu sahə şimaldan cənuba qədər genişləndirilərək 300 km məsafə çərçivəsində 1 780 650 hektara çatdırıldı. Hamısı islah əmək düşərgəsi üçün nəzərdə tutulan sahələr idi.

...1930-cu ildə sovet iqtisadiyyatını yüksəltmək üçün Nazirlər Kabineti mərkəzi Qazaxıstanın yeraltı ehtiyatlarından istifadə etmək üçün yeni layihə işləmişdi. Bu layihəyə görə Qazaxıstanın şimalında yerləşən Karaqanda əyalətində metallurgiya sənayesini, Balxaş və Jezkazqan rayonları ərazisində isə metaləritmə kombinatlarının tikilməsi nəzərdə tutulmuşdu. İşçi qüvvəsi isə yox idi.

Heç kəs öz xoşu ilə qar tufanları ilə çarpışan bu səhralara gəlməyəcəkdi. Bu, birbaşa ölümə gedən yol idi.

Əvvəlcə 1930-cu ildə “Qiqant” sovxozu yaradıldı. Onun bazasında isə Karaqanda islah əmək düşərgəsi tikildi. Bura əsasən məhkumlar, zəmanəyə, dövrə etiraz edənlər və ya elə bir nəfərin güdazına gedən bir rayonun, bir kəndin əhalisi sürgün olunurdu. Onların içərisində dövlət qulluqçusu kimi fəaliyyət göstərənlərin 50-yə yaxın ailəsi var idi. Bu məqsədlə NKVD əvvəlcə Rusiyanın Volqaboyu sahillərindən, Tambov, Kursk, Orlov, Voronej vilayətlərində yaşayan kəndliləri kütləvi surətdə həbs etməyə başladı. Sorğu-sual edilmədən 5 saatın içərisində onları at arabalarına doldurub üzü Qazaxıstana göndərirdilər.

İlk dəmir yolu çəkənlər əslində 1931-ci ilin may ayında işə başladılar, elə həmin ilin sonunda Akmoladan Karaqandaya uzanan dəmir yolu istifadəyə verildi. Dəmir yolu işi asanlaşdırdığından artıq Karaqandanın Oskarovski rayonuna 1931-ci ilin payızında 52 min ailəni mal-davar, heyvan daşınan vaqonlara doldurub, bu kimsəsiz düzəngahlara gətirdilər. Yollarda insanlar qırılır, hamilə qadınlar antisanitar şəraitdə dünyaya uşaq gətirirdilər. Hətta ölən adamları belə vaqondan çıxarıb yollarda basdırmaq üçün icazə yox idi.

Qısa bir zamanda “Karlaq” sistemi ilə işləyən Osoblaq (xüsusi düşərgə), Spasslaq (hərbçilərin düşərgələri), ALJİR (vətən xainlərinin arvadlarının düşərgələri), Steplaq (Ukrayna, vlasovçular və pribaltlar düşərgəsi) kimi düşərgələr də öz məhkumlarını “qoynuna aldı”. 26 məntəqədən ibarət olan “Karlaq”da artıq strateji obyektlər, poçt və teleqraf qurulmuş, düşərgə o zamanın müasir nəqliyyat vasitələri ilə təmin olunmuşdu. Nəqliyyat vasitəsi burada ona görə vacib idi ki, “Karlaq”ın qanun və nizamnaməsini pozan məhkumları tez-tez mühakimə edirdilər. Mühakimə edən hakimlər isə əraziyə avtomobillərlə daha tez gəlirdilər. Səyyar kollegiya ən azı hər həftə və ya hər həftənin iki günü “Karlaq”da hökm icra edirdi. Məhkumları diz üstündə oturdub, başlarına güllə ilə atəş açıb, digər həbsxana yoldaşının əli ilə qazılmış quyu və ya çökəyə atırdılar. Güllələnmiş “qanunpozanları” “Öldü” qrifi ilə siyahıya alır, şəxsi işlərini məhv edir və ya yandırırdılar.

1941-ci ildə “Karlaq”da artıq 17 belə islah əmək düşərgəsi var idi. Bu düşərgələrdə saxlanılan insanlar əsasən heyvandarlıqla məşğul olur, mal-qaranın sayının artırılmasında və heyvandarlıqda yüksək nəticə əldə etmək üçün canlarından keçirdilər. Geriyə qalan sovxozun sədri ya güllələnməli, ya da ağır cəzaya məhkum olunmalı idi. Mal-heyvanın qiyməti insandan baha idi.     

İş yerlərini özbaşına tərk edənlər, iş gününü buraxanlar, tənbəllik və digər məsuliyyətsizlik edənlər 5 gündən 15 günədək gündəlik paydan (yemək və ərzaq payı nəzərdə tutulur) özləri və ailə üzvləri məhrum edilirdilər. Qaydaları kobud surətdə pozanlar isə konslagerlərə göndərilirdi.

Bu o zamanlar idi ki, Sovet İttifaqı həm də Dünya müharibəsinin başlamasından ehtiyat edirdi. Stalin rejimi insanlara QULAQ damğası vuraraq, onları olduqları yerdən sürgün etməklə əslində öz siyasətinə əks-təbliğatın qarşısını alırdı, sərhədlərini qoruyurdu. Bu məqsədlə də özü ilə müttəfiq olan polşalılara da əl atmışdı, yüzlərlə polyak ailəsini Qazaxıstanın susuz səhralarına sürgün etmişdi. Müharibə başlayanda isə, yəni 1941-ci ildən sonra bu proses daha da geniş miqyas aldı. Öz sərhədlərini düşməndən qorumaq üçün gözə bir balaça şübhəli görünən insanları əsilli-nəsilli yaşadıqları sərhəd zonalarından “Karlaq” və Sovet İttifaqında olan yüzlərlə digər belə düşərgələrə sürgün edirdi.

“Qanunpozan”, “sözəbaxmayan” insanlar öldükcə və öldürüldükcə, “Karlaq”da təsərrüfat inkişaf edirdi. Tezliklə “Karlaq” repressiya olunan ziyalıların, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin, din xadimlərinin, bir sözlə, üzdə olan işıqlı insanların, zəmanədən kiçik narazılıq edən vətəndaşların son mənzilinə çevrildi. Mütəxəssislərin hesablamalarına görə, təkcə “Karlaq” düşərgə kimi fəaliyyət göstərdiyi dövrdə 1 milyondan çox adamın son dayanacaq yeri oldu. Burada yaşayan, məhkum olunan insanların qanı, həyatı bahasına yollar, şaxtalar, zavodlar, abidələr tikilirdi. Monument daşlarla ucaldılan tribunalardan hər yeni tikilinin təhvil verilməsi  sevinclə elan edilirdi. O şadyanalıq edənlərin içərisində gizli göz yaşları tökənlər daha çox idi. Çünki belə düşərgələrdə onların əzizləri, doğmaları həyatlarından keçmişdilər.

1959-cu il iyulun 27-də isə Karaqandadakı “Karlaq” islah əmək düşərgəsi bağlandı. Tam olmayan rəsmi hesablamalara görə, 1931-ci ildən 1959-cu ilə qədər “Karlaq”a 6 milyon sovet vətəndaşı sürgün edilib, onlardan 1 milyonu elə Karaqandada dəfn olunub. Spassk Xatirə məzarlığındakı memorial abidələrlə yanaşı, buraya sürgün olunmuş minlərlə azərbaycanlının da şərəfinə abidə ucaldılıb. Hazırda “Karlaq”da 150.000 azərbaycanlı uyuyur.

 

Hazırladı:

İ.ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!